En son xeberler

Yeni orta büdcəli OnePlus Nord 2T-nin render fotoları və texniki özəllikləri təqdim edilib

    İnsayderlər OnePlus Nord 2T smartfon modelinin keyfiyyətli fotolara bənzəyən render fotolarını təqdim ediblər. Bundan əlavə olaraq bu smartfonun hansı texniki özəlliklərə sahib olacağı da məlum olub. Qeyd etmək lazımdır ki, orta büdcəli OnePlus Nord 2T modeli yaxın zamanda təqdim edilməlidir. Beləliklə insayderlər tərəfindən təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon yastı ekrana sahibdir ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

    Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, ekranın kənarları ilə yuxarı hissəsini əhatə edən çərçivələr də maksimal dərəcədə nazik dizayna sahibdirlər. Bununla yanaşı smartfonun kənar hissələrində yandırıb/söndürmə düyməsi, səsin tənzimlənməsi düymələri üstəlik cihazı səssiz rejimə keçirtmək üçün nəzərdə tutulmuş ayrıca fiziki düymə də var. Smartfonun arxa panelində böyük ölçülü əsas kamera obyektivi onun alt hissəsində iki kamera obyektivini özündə birləşdirən dairəvi sahə yerləşdirilib. Fotolardan da görmək olar ki, smartfon 2 ədəd LED işıqlandırma sisteminə sahib olacaq.

    İnsayderlərin verdikləri məlumata əsasən OnePlus Nord 2T modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran, MediaTek Dimensity 1300 prosessoru, 12 GB-a kimi RAM yaddaşı, 256 GB-a kimi daxili yaddaş həcmi 80 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə, OnePlus Nord 2T-nin 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya sahib olacağı gözlənilir. OnePlus Nord 2T-nin nə zaman təqdim ediləcəyi hansı qiymətə satılacağı barəsində məlumat yoxdur.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button