En son xeberler

‘…Məmurların cibində veteranlıq vəsiqəsi var?’

Bu həftə (aprelin 4-də) 44 günlük İkinci Qarabağ müharibəsinin bir neçə veteranı Bakıda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirdi. Onların sözlərinə görə, əlillik dərəcəsi almaq üçün dəfələrlə müraciət etsələr də, ya buna imtina gəlir, ya da əlillik dərəcəsi düzgün təyin edilmir. Sosial şəbəkələrdə də bu tip şikayətlər ara-sıra eşidilməkdədir.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Ayaz Qasımov da AzadlıqRadiosuna deyib ki, müharibə zamanı ayağından ciddi xəsarət alsa da, ona əlillik dərəcəsi düzgün təyin edilməyib: “Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ikinci dərəcənin əvəzinə üçüncü dərəcəni təyin edib. Mənim kimi yüzlərlə hərbçi var…Sol əlində üç barmaq olmayan veteranın əlilliyi təyin edilmir”.

Onun sözlərinə görə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla nəzərdə tutulmuş sığorta pulu da onlara verilməyib: “Orada birinci dərəcə əlilliyə görə – 8 min 800 manat, ikinci dərəcə əlilliyə görə — 6 min 600 manat, üçüncü dərəcə əlilliyə görə — 4 min 400 AZN manat nəzərdə tutulub. Bizim akiyadan sonra söz verdilər ki, aprelin 18-ə qədər 2021-ci ildə əlillik dərəcəsi alan şəxslərin sığorta pulunu “Azərsığorta” ödəyəcək. Bu il dərəcə alan şəxslərin sığorta pulunu isə Dövlət Sosial Müdafiə Fondu ödəyəcək”.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyindən isə “24saat.org”a bildirilib ki, “Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət qayğı ilə yanaşılır”. Agentlikdən vurğulandığına görə, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir: “Ötən dövrdə 2 min 763-dək qaziyə əlillik proaktiv qaydada sosial ödənişlər təyin edilib”.

Qeyd olunub ki, əlillik təyinatı müvafiq qanunvericilikdəki meyarlara uyğun, orqanizmin funksional pozuntuları yarandığı halda aparılır: “Elektron sistemə barəsində göndəriş şəhadətnamə daxil edilmiş hər bir şəxs əyani müayinəyə çağırılır bu sahədə heç bir şəxs diqqətdən kənarda qalmır”.

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev də “24saat.org”a deyib ki, Qarabağ müharibəsi veteranların sosial müdafiəsi həm dövlətin, həm də cəmiyyətin diqqət mərkəzindədir: “6 mindən çox yaralımızın evlərinə gedib, vəziyyətləri öyrənilib onlardan 4 min 731 nəfərin artıq hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi həyata keçirilib. Yəni, onların yarasını müharibədə almaları barədə ekspert qərarı çıxarılıb. 3 min nəfərə yaxın şəxsin əlillik dərəcəsi müəyyənləşdirilib proses davam edir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, əlillik təyinatı ilə bağlı şikayətlərin çox ciddi əsasları var: “Aidiyyatlı qurumların, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hələ də başa düşə bilmir ki, bura İsveçrə deyil, əlilliyin təyin edilməsi üçün burada İsveçrə modelini tədbiq etsinlər. Azərbaycan əhalisi İsveçrədəki kimi maaş almır oradakı kimi həyat sürmür. Başa düşsünlər ki, adam ayağını itiribsə, onu faizlə ölçmürlər”.

Ekspertin sözlərinə görə, 2016-cı ildə aprel döyüşlərində iştirak edən şəsxlərə hələ də veteranlıq vəsiqəsi verilməyib: “2020-ci ilin müharibəsi zamanı deyirdilər ki, hətta ezamiyyətdə olan şəxslərə müharibə veteranı adı düşür, indi isə deyirlər ki, aktiv döyüşlərdə iştirak etməmisiz deyə, sizə veteranlıq düşmür. Necə olur ki, döyüş bölgəsində olan bütün rayonların icra hakimiyyətinin məmurlarının cibində veteranlıq vəsiqəsi var? Onlardan kim müharibədə iştirak edib?”.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində Qarabağda təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Bu döyüşlərdə Azərbaycanın 3 min hərbi qulluqçu itirdiyi açıqlanıb. Həmin müharibədən 4 il əvvəl, aprel ayında da bir neçə gün bölgədə ağır silahlar işə düşmüşdü.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ona bitişik yeddi rayonu işğal edilmişdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button