En son xeberler

“Ərzağın qiyməti rekord həddə çatıb”

Mart ayında dünyanın ərzaq bazarındakı qiymətlər ən azı 1990-cı ildən bu yana rekord həddə çatıb. Bu, Ukraynadakı müharibənin fəsadlarıdır.

Bu barədə BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında bildirilir.

“Mart ayında FAO ərzaq indeksinin orta qiyməti 159,3 bənd olub ki, bu da həmin indeksin hesablanmağa başladığı 1990-cı ildən bu yana ən yüksək səviyyəyə çatdığı fevral ayındakına nisbətən 12,6 faiz çoxdur”, – açıqlamada deyilir.

Qeyd olunur ki, dünyada buğda idxalının 30 faizə qədəri, qarğıdalı idxalının isə 20 faizi Rusiya Ukraynanın payına düşür. Həmçinin bitki yağlarının ən böyük ixracatçısı olan Ukraynada gedən müharibə nəticəsində həmin məhsulun qiymətləri 23,2 faizədək – rekord həddə bahalaşıb. (Report)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button