En son xeberler

Yeni orta büdcəli OnePlus Nord N20 smartfon modelinin dizaynı sərgilənib

    İnsayderlərin verə biləcəkləri məlumatları gözləmədən OnePlus şirkəti yeni orta büdcəli smartfon modelinin render fotosunu özü təqdim edib. Qeyd etmək lazımdır ki, söhbət, OnePlus Nord N20 smartfonundan gedir. Bundan əlavə olaraq bu smartfonun bəzi texniki özəllikləri də məlum olub. Beləliklə OnePlus tərəfindən verilmiş məlumata əsasən OnePlus Nord N20 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 6.43 düym AMOLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək.

    Bununla yanaşı məlum olub ki, OnePlus Nord N20 modeli SuperVOOC adlı sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfonun digər texniki özəllikləri barəsində rəsmi məlumat verilməyib. Lakin insayderlərin verdikləri məlumata əsasən smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, OnePlus Nord N20 modeli 6 GB RAM, 128 GB daxili yaddaş həcmi 48 Mp + 8 MP ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonun təqdimat tarixi, qiyməti hansı regionlarda satılacağı barəsində də məlumat yoxdur.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button