En son xeberler

İşğalın yeddinci həftəsi. Kiyevə təkrar hücum ola bilərmi

ABŞ, Avropa Ukrayna rəsmiləri CNN-ə deyiblər ki, Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəyinə inanmırlar. Onların fikrincə, Putin Zelenskini devirmək planlarından əl çəkməyib

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba NATO üzvlərini Kiyevi Rusiya qüvvələri ilə döyüşdə lazım olan bütün silahlarla təchiz etməyə çağırıb. Aprelin 7-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı səbəbsiz müharibəsinin yeddinci həftəsi başlanıb.

“Mənim gündəmim çox sadədir. Onda cəmi üç məsələ var. Silahlar, silahlar silahlar”, – Kuleba NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə deyib.

O, NATO müttəfiqlərindən əlavə təyyarələr, havadan müdafiə sistemləri, raketlər, zirehli maşınlar istəyib.

Kulebanın sözlərinə görə, Ukrayna Qərbdən Rusiyaya neft qaz embarqosu tələblərində israr edəcək.

“Təslim olmayacağıq”

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecəki çıxışında xəbərdarlıq edib ki, Rusiya ordusu şərqə yeni hücuma hazırlaşır. Kreml daha öncə Ukraynanın sənaye mərkəzi Donbası “azad etmək” məqsədini bəyan edib. Zelenski Ukraynanın da döyüşə hazırlaşdığını deyir.

“Döyüşəcək, geri çəkilməyəcəyik. Rusiya ciddi şəkildə sülh istəyənəcən biz özümüzü müdafiə etməyin bütün mümkün yollarını axtaracağıq. Bu bizim torpağımız, bizim gələcəyimizdir. Təslim olmayacağıq”, – Zelenski söyləyib.

Rusiyanın altı həftədən çox davam edən işğalı 4 milyon insanın xaricə qaçmasına səbəb olub. Minlərlə insan öldürülüb, yaxud yaralanıb, əhalinin 25 faizi evsiz qalıb, şəhərlər xarabalığa çevrilib. Qərb isə Rusiya elitası iqtisadiyyatına sanksiyalar tətbiq edib.

Ukrayna hakimiyyəti Donbasda yaşayanları dərhal çıxmağa çağırıb.

“Adamlar bundan sonra atəşə tutulacaq. Biz onlara kömək edə bilməyəcəyik”, – Baş nazirin müavini İrina Vereşçuk vurğulayıb.

Kiyevə yenidən hücum ehtimalı

ABŞ-ın adının çəkilməsini istəməyən müdafiə rəsmisi deyib ki, Rusiya Kiyev Çerniqov yaxınlığında təxminən 25 min əsgərinin hamısını çıxarıb, onları təchizatlanmaq, yenidən təşkil olunmaq, ola bilsin şərqə döyüşə qayıtmaq üçün Belarusa, ya da Rusiyaya göndərib.

Daha bir anonimlik şərtilə danışan Qərb rəsmisinin dediyinə görə, Rusiyanın döyüşdən çıxmış qüvvələrinin Ukraynanın şərqinə böyük hücuma hazırlaşması bir ayadək çəkə bilər.

ABŞ, Avropa Ukrayna rəsmiləri CNN-ə deyiblər ki, Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəyinə inanmırlar. Onların fikrincə, Putin Zelenskini devirmək planlarından əl çəkməyib.

Aparıcı müdafiə rəsmisi isə Putinin uzunmüddətli hədəflərinin aydın olmadığını deyib. ABŞ müttəfiqləri Putinin Donbasdakı hədəflərini tamamlayandan sonra Kiyev regionuna yenidən hücum edəcəyi ehtimalına hazırlaşırlar, bunu etməyə yetərincə qüvvə texnikasının qaldığı güman edilir. Bunu CNN-ə ABŞ Avropa rəsmiləri deyib.

BMT-də gözlənən müzakirə, sanksiyalar

Aprelin 7-də BMT-nin Baş Assambleyası Rusiyanın qurumun İnsan Haqları Şurasından çıxarılmasını səsə qoyacaq.

Kiyev ətrafında törədildiyi bildirilən qətllərə cavab olaraq ABŞ aprelin 6-da Putinin iki qızına sanksiyalar açıqlayıb, Rusiya banklarına qarşı məhdudiyyətləri sərtləşdirdiyini bildirib.

Britaniya Rusiyaya investisiyanı yasaqlayıb, ilin sonunadək Rusiya kömürü neftindən asılılığa son qoyacağını bildirib.

ABŞ Senatı aprelin 7-də Rusiyayla normal ticarət münasibətlərinə son qoyacaq qanunvericiliyin müzakirəsinə başlamağı planlaşdırır. Bu halda Co Bayden administrasiyası Rusiyadan bəzi idxal məhsullarına daha yüksək tarif tətbiq edə bilər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button