En son xeberler

Azərbaycan BMT-də Rusiya ilə bağlı üçüncü səsvermədə nə edəcək?

Bu gün, aprelin 7-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Rusiyanın həmin qurumun İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçirəcəyi gözlənir. Bu məsələ Ukraynanın işğal altında olan ərazilərində mülkü əhalinin kütləvi qətl edilməsi ilə bağlı şikayətlərdən sonra gündəmə gəlib. Rusiyanın Ukraynaya bu il fevralın 24-də növbəti təcavüzündən sonra BMT-də bu ölkə ilə bağlı artıq iki dəfə səsvermə keçirilib səs çoxluğu ilə qətnamələr qəbul edilib.
Martın 2-də BMT Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən, bu ölkənin qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə dəstəkləyib. Səsvermədə qətnaməni 193 ölkədən 141-i müdafiə edib. 35 ölkə bitərəf qalıb, beş ölkə əleyhinə səs verib. Azərbaycan isə səsverməyə, ümumiyyətlə, qatılmayıb.
BMT Baş Assambleyasında martın 24-də Ukraynada dinc əhalinin mülki infrastrukturun müdafiəsinə çağıran bu ölkədə müharibəyə dərhal son qoyulmasını tələb edən növbəti qətnamənin lehinə isə 193 üzv ölkədən 140-ı səs verib. Ancaq Azərbaycan yenə də səsverməyə qatılmayıb.
Bəs bu dəfə Azərbaycan nə edəcək? Əvvəlki iki səsvermədə iştirak edib qətnamələrin dəstəklənmədiyinə görə Azərbaycan müxalifətindən tənqidlər səslənmişdi.
Hələlik, suala Azərbaycanın BMT-dəki diplomatlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu “24saat.org”a bildirib ki, UkraynaRusiya məsələsində həqiqətin harada olduğunu tam dəqiqləşdirmək çox çətindir: “Tərəflər qarşılıqlı şəkildə bir-birlərini feyk məlumatların yayılmasında günahlandırırlar. Ümumiyyətlə, müasir dövrdə odlu silahdan çox informasiya silahından istifadə edilməkdədir”.
Onun fikrincə, Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılması kimi addımlarla bağların qırılması doğru deyil: “Kanada Rusiya diplomatlarının ölkədən çıxarılmasından imtina edərək bildirib ki, Rusiya ilə təmasları saxlamaq vacibdir. Yəni, tətbiq olunan sanksiyaların əks-effekti də var. Bu baxımından, əgər tərəflər arasında münasibətləri tənzimləmək istəyi varsa, Rusiya ilə birtərəfli qaydada təmasları bu həddə kəsmək doğru deyil”.
Komitə üzvü Azərbaycanın əvvəlki səsvermələrdə iştirak etməməsinə dair fikirlərə belə münasibət bildirib: “Azərbaycan bütövlükdə beynəlxalq proseslərin fəal iştirakçısı olan bir ölkədir. Görünür, hansısa texniki səbəbə görə bizim nümayəndəmizin mövqeyini nümayiş etdirmək mümkün olmayıb. Amma bütün hallarda Azərbaycan özünün milli maraqlarına uyğun, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri maraqlarından çıxış edərək beynəlxalq proseslərdə iştirak edir”.
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərini pisləşdirmək istəmir: “Məhz bu səbəbdən də Azərbaycan istər BMT-də, istər Avropa Şurasının Nazirlər Komitəsində toplantıdakı səsvermədə iştirak etməyib”.
O, Azərbaycanın səsvermədə iştirak edib qətnamənin əleyhinə səs verməsi variantı barədə isə bunları deyib: “Amma bu səfər Ukrayna ilə münasibətlərini korlamaq istəmədilər. Ona görə, hər zaman elə görüntü yaradırlar ki, sanki yoxdurlar. Əsas motivi Rusiya ilə münasibətləri korlamamaqdır İlham Əliyev Vladimir Putinlə imzalanan müttəfiqlik bəyannaməsinə uyğun hərəkət edir”.
Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar.
Həmin sənədin 4-cü maddəsində yazılıb: “Rusiya Federasiyası Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”. Amma bu sənəd Azərbaycan parlamentində ratifikasiya edilməyib.
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.
Ukrayna prezidenti Vladimir Zelenski isə aprelin 5-də BMT Təhlükəsizlik Şurasını Rusiyanı onun ölkəsində törətdiyi cinayətlərə görə tam məsuliyyətə cəlb etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının iclasına videobağlantı ilə qatılan Zelenski Rusiya qoşunlarının tərk etdiyi Buça şəhərində çoxsaylı cinayət aktları törətdiyini söyləyib. Ukrayna prezidenti deyib ki, adamlar evlərində, küçələrdə öldürülüblər, maşınlarının üstündən tanklar sürülüb. Rusiya tərəfi isə, öz növbəsində, belə iddiaları feyk məlumatlar adlandırıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button