En son xeberler

Qadın sürücü parklanma nəzarətçisini təpiklədi, polis saxladı

Sumqayıtda parklanma nəzarətçisi qadın sürücü tərəfindən döyülüb.

Hadisə Sumqayıtdakı “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan “parkovşik”i təpikləyib.

Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

özügedən hadisənin görüntülərini təqdim edirik:

Artıq parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb.

Bunu  Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. Onun sözlərinə görə, qadının şəxsiyyəti məlum olub:

“Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub. O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”. (Oxu.az)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button