En son xeberler

Putinin qızları sanksiya siyahısına salına bilər

ABŞ Xəzinədarlığı aprelin 5-də Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb

Avropa İttifaqı (Aİ) “Sberbank” rəhbəri German Qref, Kremlə yaxın biznesmenlər Oleq Deripaska, Boris Rotenberq, həmçinin Prezident Vladimir Putinin qızları Katerina Tixonova Mariya Vorontsovanı Rusiyaya qarşı sanksiya siyahısına sala bilər. Bu haqda “Financial Times” qəzeti sənəd layihəsinə istinadla xəbər verir.

ABŞ-ın da Putinin qızlarına sanksiyaları nəzərdən keçirdiyi bildirilir.

Putin Tixonova Vorontsovanın onun qızları olduğunu birbaşa təsdiqləməyib.

Qızlardan yaşca kiçiyi Tixonova “İnnopraktika” fondunun rəhbəridir. O, ötən ilin noyabrında “Texnoloji investisiyalar fondu”nun qeydiyyatı üçün ərizə verib. Fond startaplara sərmayələr üzrə ixtisaslaşacaq.

Tibb elmləri namizədi Vorontsova isə 2011-ci ildə Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsini “müalicə işi” ixtisası üzrə bitirib. 2021-ci ilin aprelində yayılmış məlumata görə, hakimiyyət onun rəhbərliyi altında genetik tədqiqatlara 200 milyard rubldan artıq vəsait ayırır.

“Bloomberg” Putinin qızlarına gözlənən sanksiyaları “simvolik jest” hesab edir, çünki Tixonova Vorontsovanın Rusiyadan kənarda hansısa aktivləri barədə məlumat yoxdur.

***

Avropa İttifaqı (Aİ) Şurasının başçısı Şarl Mişel deyir ki, blok “gec-tez” Rusiya neft qazına sanksiya tətbiq etməli olacaq. Rusiya əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsinə dair xəbərlər fonunda Aİ Moskvaya təzyiqi artırmağa çalışır.

“Məncə, neftə, hətta qaza qarşı tədbirlər tez, ya gec gərəkəcək”, – Mişel aprelin 6-da Avropa Parlamentində çıxışında deyib.

Mişel avropalı deputatları bu addımları nəzərdən keçirməyə çağırıb.

Qaz göndərişləri davam edir

Bu arada Rusiyanın xəbər agentlikləri Gazrpom dövlət şirkətinin aprelin 6-da Ukrayna vasitəsilə Avropaya təbii qaz nəqlini kontraktlara uyğun davam etdirdiyi xəbər verir. Bu günün tələbatı 108.4 milyon kubmetrdir, yəni bir gün öncəki həcmlərə uyğundur. Interfax bunu Ukraynanın qaz kəmərləri əməliyyatçısına istinadla bildirir.

Bu gün ABŞ Avropa müttəfiqlərinin Rusiyaya yeni sərt sanksiyaları açıqlayacağı gözlənir. Məqsəd Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarına görə iqtisadi texnoloji təcridini gücləndirməkdir.

Maliyyə institutlarına yeni sanksiyalar, Rusiyada yeni investisiyaya qadağa, hökumət müəssisələrinə daha sərt sanksiyalar, Rusiyanın hökumət rəsmiləri ailə üzvlərinə əlavə qadağalar gözlənir.

“Əsas məqsədimiz Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə resurslarını tükəndirməkdir”, – Ağ evin sözçüsü Jen Psaki aprelin 5-də deyib.

350 milyard dollarlıq aktiv dondurulub

ABŞ Xəzinədarlığı isə aprelin 5-də Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb.

Britaniya Putinin “müharibə sandığı”ndan 350 milyard dollarlıq aktivi dondurduğunu elan edib. Xarici işlər naziri Liz Trass bunun Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatının 60 faizindən çoxu demək olduğunu söyləyib.

Avropa İttifaqı isə sanksiyaların beşinci paketinin neft kömür ixracını hədəflədiyini, Rusiya gəmilərinin Avropa limanlarına buraxılmayacağını açıqlayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button