En son xeberler

Mariupolda ağır döyüşlər gedir

Aprelin 5-də humanitar dəhlizlərlə 3 min 800-dən çox insan çıxa bilib

Ukraynanın cənub-şərqində mühasirədə olan Mariupol liman şəhərində ağır döyüşlər gedir, Rusiya şəhərə zərbələr endirir. Məlumatı aprelin 6-da Britaniya hərbi kəşfiyyatı yayıb.

Britaniyanın Müdafiə Nazirliyi şəhərdəki 160 min sakinin çoxunun işıq, kommunikasiya, dərman, istilik susuz qaldığını bildirir.

Rusiya qüvvələri humanitar girişi əngəlləyib, müdafiəçilərə təslim olmaq üçün təzyiq göstərməyə çalışır”, – bəyanatda deyilir.

AzadlıqRadiosu bu məlumatı müstəqil təsdiqlədə bilməyib.

NATO yeni hücum gözləyir

Qərb rəsmiləri Kiyev ətrafından çəkilən Rusiya qüvvələrinin Ukraynanın şərqinə cənubuna yerləşdirilmək üçün qruplaşdığını bildirir. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunda yeni döyüşlər gözlənir.

NATO başçısı Yens Stoltenberq deyib ki, alyans Rusiyanın Donbası bütünlükdə ələ keçirmə işğal etdiyi Krımla quru əlaqəsi yaratmaq üçün “bir neçə həftəyə” hücuma keçəcəyini gözləyir.

Xeyli dağıdılmış Mariupol liman şəhəri də bu regiondadır.

Bir gün öncə isə Mariupol digər yerlərdən adamların evakuasiyası davam edib. Aprelin 5-də humanitar dəhlizlərlə 3 min 800-dən çox insan çıxa bilib. Bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, Mariupoldan evakuasiyaya hazırlaşan yeddi avtobusluq karvan Rusiya blokadasını yara bilməyib.

Rusiyanın mövqeyi

Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna qüvvələrinin evakuasiya cəhdini “sinik şəkildə pozduğunu” bildirib.

Avtobusların Berdyansk şəhərindən adamları çıxara bildiyi, onların içində Mariupol sakinlərinin də olduğu xəbər verilir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarının aprelin 4-də yaydığı məlumata görə, Rusiyanın müharibəsi nəticəsində 1480 dinc sakin öldürülüb, 2195 nəfər yaralanıb.

BMT real ölü yaralı sayının daha yüksək olduğuna inanır, çünki əməliyyatlar gedən bəzi yerlərdən informasiya yubanır, bir çox məlumatlar isə təsdiqlənməlidir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button