En son xeberler

Korrupsiyaya qarşı mübarizə: kiminlə? – 24 saat

Prezident İlham Əliyev aprelin 4-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədin praembulasında qeyd olunur ki, çoxşaxəli Plan fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir. Eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

“Ümumi inkişafa təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur”, – Sərəncamda qeyd olunur.

Sənəddə daha sonra bildirilir ki, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılıb. “Xarici yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır”

Qeyd edək ki, Milli Fəaliyyət Planı üzrə tədbirlər planı 6 prioritet istiqamətdən ibarətdir:

Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində tədbirlər;

Korrupsiyanın qarşısının alınması şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər;

Maliyyə şəffaflığının təmin edilməsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər;

Dövlət xidmətlərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər;

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə.

ADR sədri, iqtisadçı Qubad İbadoğlu sənədi şərh edərək bildirib ki, bu plan əvvəllər Açıq Hökumət Tərəfdaşlığı Proqramında nəzərdə tutulan, uzun müddətdir ki, ildən-ilə ötürülən eyni ya oxşar tədbirlərin təkrarından ibarətdir: “Məsələn, onlardan biri “Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi ilə əlaqədar həyata keçirilən yoxlamaların, təftişlərin digər nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılması, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın yüksəldilməsi” adlanır. İcraçı təşkilat da Maliyyə Nazirliyidir, burda nə Hesablama Palatasına, nə də ictimai təşkilatlara yer verilib”

İqtisadçı əlavə edir ki, hazırda dövlət büdcəsindən ayrılan vəsaitlərdən ən çox pay götürən tikinti, müdafiə milli təhlükəsizlik sahələridir. Onun sözlərinə görə, indiyədək işğaldan azad edilmiş ərazilərdə 3 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayaraq, onun hara, nə qədər hansı şirkətlər tərəfindən xərclənməsi, bu şirkətlərin necə seçilməsinə dair məlumatlar açıqlanmır. “Şəffaflıq olmayan, informasiyaya çıxış təmin edilməyən, dövlət baçısı da daxil olmaqla rəhbər vəzifəlilər gəlirləri əmlakları haqqında bəyannamə dərc etməyən halda korrupsiya ilə effektiv mübazirədən danışmağa dəyməz”, – ADR rəhbəri vurğulayıb.

Qubad İbadoğlu qeyd edir ki, hakimiyyət korrupsiya qarşı mübarizəni imitasiya edir, ona görə də nəticə yoxdur.

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, korrupsiya ilə mübarizə üçün çoxsaylı milli fəaliyyət planlarının qəbuluna ehtiyac yoxdur. “Ölkədə qanunun aliliyi təmin edilirsə hamı qanun məhkəmə qarşısında eyni hüquqlara malikdirsə, eyni məsuliyyət daşyırsa, onda bu cür fəaliyyət planlarına da ehtiyac yoxdur”, – ekspert vurğulayıb. 

Konkret olaraq, korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair indi qəbul edilən milli fəaliyyət planına gəldikdə, hüquqşünas hesab edir ki, əvvəlki milli fəaliyyət planları kimi bu fəaliyyət planı da korrupsiya ilə mübarizədə mahiyyətcə əsaslı dəyişikliklərə gətirib çıxarmayacaq: “İndiyədək qəbul edilən milli fəaliyyət planlarının icrası göstərir ki, ümumilikdə ölkədə korrupsiya ilə bağlı mübarizə səmimi deyil insanların bu cür mübarizəyə etimadı çox azdır. Təkcə bir faktı qeyd edək ki, vəzifəli şəxslərin gəlir bəyannamələrinin təqdim edilməsinə dair “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbləri 18 ildən artıqdır ki, icra olunmur. Deməli, bu mübarizənin səmimiliyi şübhə altındadır. Ona görə də hesab edirəm ki, korrupsiya ilə mübarizədə sadəcə qanunun aliliyi hamının qanun məhkəmələr qarşısında bərabər hüquqlar bərabər məsuliyyət daşıması təmin edilməlidir”.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button