En son xeberler

Dünya Bankı açıqladı – Strateji məhsullar kəskin bahalaşır

Dünya Bankı mart ayının sonu üçün qlobal əmtəə bazarlarında qiymətləri açıqlayıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əksər məhsullar üzrə ciddi bahalaşma yaradıb.

Yanvar ayı ilə müqayisədə mart ayında kömür neft orta hesabla 25-30%, təbii qaz Avropada 53%, maye qaz Yaponiyada 22%, buğda 30%, gübrələr orta hesabla 35-40%, metallardan nikel 50%, alüminium 17% bahalaşıb.

İqtisadçı Rövşən Ağayev bildirir ki, dünya iqtisadiyyatı uzun müddət belə yüksək qiymətlərə tab gətirə bilməz.

Onun sözlərinə görə, yüksək istehsal xərcləri bir müddət sonra yalnız tələbin azalmasına təsir etməyəcək.

“Öhdəliklərin icrası üçün resurs qıtlığı, sərmayə üçün ehtiyat yatırımlarını cari istehsal xərclərinin qarşılanmasına yönəltmək məcburiyyəti biznes fəallığının ciddi şəkildə azalması riski yaradır”, – ekspert vurğulayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button