En son xeberler

Vilyam Hacıyevin həbs qoyulmuş 5 milyonluq əmlakı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:

Bakı şəhərində yerləşən mənzil;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil  ailəsinə məxsus daha 3 avtomobil.

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək. (APA)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button