En son xeberler

Milli təhlükəsizliyin dərmanı – 24 saat

Azərbaycanda dərman bazarı ilə bağlı problemlər zamanla həll olunmaq əvəzinə, getdikcə artır. Bura həm qiymətlərin digər ölkələrə nisbətdə bahalığı, həm keyfiyyətin ürəkaçan olmaması, həm də yerli istehsalın yox dərəcədə olmasını misal çəkmək olar.

Bundan əvvəlki yazılarımızdan birində ölkədəki dərman qiymətlərinin baha olmasına, problemin həllinə çıxış yollarına dair məsələlərə aydınlıq gətirməyə çalışmışdıq.

Budəfəki yazımızda isə Azərbaycanda dərman istehsalı məsələsinə toxunaraq, problemlər çıxış yollarını müzakirə etməyə çalışacağıq.

***

PressKlub.az-ın mövzu ilə bağlı ilk suallarını Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli cavablayıb. O deyib ki, ölkədə dərman istehsalının yetərli qədər olmaması aktual problemlərdən biridir:

“Hazırda dərman preparatlarında xaricdən asılılığımız var. Bildirməliyəm ki, qida təhlükəsizliyi qədər, dərmanın xaricdən idxal olunması da ölkədə milli təhlükəsizliklə bağlı ciddi risklərin yaranmasına səbəb olur. Bu məsələ pandemiya dövründə daha da aktual oldu. Xəstəlik qəfil qlobal miqyasda yayıldığı üçün Azərbaycana da qoruyucu vasitələrin, avadanlıqların gətirilməsində problem yarandı. Bu isə daxili istehsalın önəmli olduğunu bir daha xatırlatdı. Əgər daxili bazarda lazımlı preparatlar olsaydı, bu cür problemlər də yaşanmazdı”.

Deputat əlavə edib ki, hazırda ölkənin bu istiqamətdə Rusiya İranla anlaşmaları var:

“Sumqayıt Sənaye Parkında da bununla bağlı işlər görülür. Hazırda icbari tibbi sığorta çərçivəsində vətəndaş ambulator ya stasionar xidmət aldıqda dərmanlarla təmin edilir. Bəzi dərmanlar isə dövlət proqramı çərçivəsində insanlara ödənişsiz verilir.

Düşünürəm ki, hazırda bir fabrik yox, bir neçə dərman müəssisəsi yaradılmalıdır. Bununla həm rəqabət yaranacaq, həm də ki, keyfiyyət daha yaxşı olacaq. Dərman istehsalına maneə olan əsas səbəblərdən biri isə mütəxəssis çatışmazlığıdır. İlk olaraq, xaricdən mütəxəssislər cəlb edilməli sonra da davamlı şəkildə ölkədəki kadrlar bu istiqamətdə yetişdirilməlidir. Problemlərdən biri də xammal idxalı məsələsidir. Problemlər çoxdur, çünki bunlar Azərbaycan üçün yenidir. Amma pandemiyanın reallığında rastlaşdığımız gerçəkliklər qısa müddət çərçivəsində dərman istehsalı ilə bağlı mühüm addımları atılmasını zəruri edir”.

***

Ölkəmizdə dərman istehsalına başlanılsa, bu sahədə hansı konkret dəyişikliklər baş verə bilər? Bu, problemin tam, yaxud qismən həllinə gətirib çıxara bilərmi? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla PressKlub.az-a açıqlamasında bildirib ki, Sovet dövründə ölkədə yüksək keyfiyyətli müasir dərmanların istehsalı olmasa da, mövcud olan zavodlarda məlhəmlər, cövhərlər s. hazırlanıb:

“Dərman istehsalına başlamaq üçün ilk olaraq kadr potensialımız səfərbər olunmalıdır. Həmçinin zavodlar tikilməli, daxili istehsala keçilməlidir. Düşünürəm ki, bunun üçün Avropanın aparıcı şirkətləri ilə əməkdaşlığa başlamaq daha yaxşı olar. Ən azından bəzi dərmanların gətirilərək ölkədə qablaşdırılmasına indiki vaxtda başlanıla bilər”.

Tibb elmləri doktoru qeyd edib ki, daxili istehsal başlasa, bir sıra problemlər aradan qalxacaq:

“Daxili bazarın olması sayəsində qiymətlər enəcək dərmanlar əhali üçün daha əlçatan olacaq. Həmçinin sığorta çərçivəsində dərmanların verilməsi satışda da uyğun imkanların yaradılması mümkündür. Bu addımı atmağın zamanıdır. İndidən başlanılmalıdır ki, bir neçə ilə problem tam həll oluna bilsin”.

***

Həkim-farmakoloq, Beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin departament direktoru Müşfiq Hüseynov PressKlub.az-a açıqlamasında bildirib ki, Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, özünün ilkin tibbi ehtiyacına daxil olan dərmanları istehsal etmir:

“İlkin dərman tələbatlarına əsasən ağrıkəsicilər, gündəlik daha çox istifadə edilən dərmanlar, sistemlər s. aiddir. Təəssüf ki, 44 günlük müharibədə ordumuz qələbə qazansa da, biz əsgərlərimizin müalicəsi üçün lazım olan dərmanlar üçün xaricdən asılı qalmışdıq. Bu isə 10 milyonluq ölkə üçün biabırçılıqdır. Buna başqa ad vermək mümkün deyil”.

M.Hüseynov qeyd edib ki, Ermənistanın əhalisi 2 milyon olsa da, hazırda yerli bazarında sistemlər, qan əvəzedicilər istehsal olunur əhalinin təminatı ödənilir:

“Hazırda Azərbaycanda istehsal edilən dərmanlar ya dərman vasitələri ümumi bazarın ehtiyacının 1 %-ni belə ödəmir. Hazırda ancaq sarğı materialları, spirt, yod xırda məlhəmlər istehsal olunur. Otlar da istehsal olunur, ancaq onlar dərman sayılmır. Ümumilikdə, bir aptekdə 15 min-20 min arası dərman olur, onun da demək olar, hamısı xaricdən gətirilənlərdir. Onların istehsalının yaxın müddətdə də olmasını gözləmirəm.

Azərbaycan kimi ölkələrdə böyük əczaçılıq zavodları tikilməsə də, eksport mağazalar yer ala bilər. Bu işin qurulması üçün Türkiyənin əczaçılıq şirkətləri ilə əməkdaşlığa başlamaq yaxşı olar. 

Ölkədə dərman zavodlarının açılması üçün ilk növbədə mütəxəssislər olmalıdır. Bunun üçün də onları yetişdirmək lazımdır. Hazırda əczaçılıq fakültələrində hələ də ikinci ya üçüncü nəsil antibiotiklərlə dərs keçirlər. Amma dünyada belə deyil”.

Həkim-farmakoloq ölkədəki dərman bazarı probleminin dərin kökləri olduğunu vurğulayıb:

“Sovet vaxtı Keşlədə bir zavod var idi. Amma onda da ciddi sayılmayacaq səviyyədə istehsal var idi. Heç 100 dərman istehsal olunmurdu. Azərbaycanda istehsala birmənalı şəkildə artıq başlamaq lazımdır. Bura ilk olaraq qan əvəzediciləri, ağrıkəsicilər, ilkin tibbi yardıma aid olan vasitələr daxil edilməlidir”.

***

Xatırladaq ki, 14 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamın məqsədlərindən biri də əczaçılıq sənayesinin inkişafı dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi istehsal sahəsində əhalinin məşğulluğunun artırılması olub.

Pirallahıda dərman istehsalı müəssisəsi isə 9 dekabr 2019-cu ildə açılıb. Məlumatda bildirilib ki, müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq texnologiyalarla təchiz olunub. 

2022-ci ilin yanvar ayının 11-də yayılan məlumata görə, Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib paylanma üçün aidiyyəti yerlərə göndərilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılırdı.

***

Son olaraq, əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci il Azərbaycan xaricdən 408,633 mln. ABŞ dolları (694,677 mln. manat) dəyərində 21 565,76 ton müxtəlif dərman vasitələri idxal edib. Bu, 2020-ci il ilə müqayisədə həcm ifadəsində 1,7% az olsa da, dəyər ifadəsində 24,9% çoxdur.

Hesabat dövründə ən çox dərman Türkiyədən gətirilib. Belə ki, Azərbaycan Türkiyədən 77,876 mln. dollarlıq (132,389 mln. manat) 2 815,85 ton dərman vasitələri idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,9% az olsa da, dəyər ifadəsində 30,9% çoxdur.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button