En son xeberler

Bir cihazda 2 WhatsApp, 2 Facebook, 2 Messenger hesabı açmağın qaydası (Samsung)

    Əlavə tətbiq yükləmədən, smartfonu “root” etmədən Samsung cihazlarında 2 WhatsApp, 2 Facebook 2 Messenger tətbiqini fərqli hesablarla necə istifadə etmək olar? Tech-Tips-də Samsung-un “dual messenger” funksionallığından danışırıq.

    Samsung – cihazlarında messenger tətbiqlərini 2 fərqli hesabda istifadə etmək üçün çox faydalı bir funksionallıq təqdim edir. Söhbət Android-lərdə mümkün olan bir cihazda bir tətbiqi klonlayaraq istifadə etməkdən gedir. Bəs bu imkanı necə aktiv edə bilərik?

    Bir Samsung cihazında iki WhatsApp istifadə etmək üçün ilk olaraq “parametrlər” bölməsinə, açılan menyudan isə “qabaqcıl funksiyalar” seçiminə daxil olmaq lazımdır. Burada ən aşağı hissədə “dual messenger” bölməsi yerləşdirilib. Bizə lazım olan həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqinin yanındakı işarəni sağa sürşüdürməkdir. 

    Bu əməliyyatı etdikdən sonra cihazın menysunda klonlanmış tətbiq yaranır. Sizə qalan isə həmin tətbiqə daxil olub istədiyiniz 2-ci hesabı həmin proqramda işə salmaqdır. Bu qədər sadə. Bu üsuldan istifadə etməklə bir cihazda 2 fərqli WhatsApp hesabını istifadə edə bilərsiniz. Daha çox faydalı texnoloji məlumat üçün isə bizim kanalı izləməyi unutmayın.

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button