En son xeberler

Azad olunan ərazilərdə hansı məhsullar yetişdiriləcək?

“İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafı baxımından çox yaxşı potensiala malikdir ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, həmin ərazilər tarixən böyük taxılçılıq, pambıqçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük məhsulları istehsal etməkdə öndə olublar.

“İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib. İşğaldan azad edilmiş ərazilərin bir qismi minalardan təmizlənib təhlükəli olmayan ərazilər əkinə hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam Füzuli rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək çox faydalıdır həmin torpaqlar çox məhsuldardır.

Dağlıq ərazilər, yəni Kəlbəcər, Laçın Qubadlı tarixən heyvandarlıq zonaları hesab olunublar. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur”, – deyə T.Rzayev qeyd edib.

T.Rzayev əlavə edib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

“İşğaldan azad edilmiş ərazilərdə taxılçılığın inkişafı gündəmdə olacaq bunun üçün də həmin ərazilərdə mövcud vəziyyət qənaətbəxşdir. O torpaqlarda şəkər çuğunduru əkilə yüksək məhsuldarlıq götürülə bilər”, – deyə komitə sədri əlavə edib. (Trend)


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button