En son xeberler

Azərbaycan iqtisadiyyatı: Maaşda yerdə, qiymətdə göydə

Dövlət Statistika Komitəsinin hesabatına əsaslanan London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu yaxın ölkələrin sosial durumunu müqayisə edib. O, yazır ki, Azərbaycan maaş artımında autsayder, qiymət artımında liderlərdəndir.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə orta maaş Ukraynada əvvəlki ilə nəzərən 20,9 faiz, Özbəkistanda 20 faiz, Qazaxıstanda 17 faiz, Belarusda 14,3 faiz, Moldovada 12,4 faiz, Tacikistanda 10,5 faiz, Rusiyada 9,8 faiz, Qırğızıstanda 9,6 faiz, Gürcüstanda 7,8 faiz, Ermənistanda 7,6 faiz, Azərbaycanda 3,4 faiz artıb.

İnflyasiya göstəricilərinə nəzər salan Qubad İbadoğlu qeyd edir ki, 2022-ci ilin yanvar ayında Moldovada qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz, Gürcüstanda 13,9 faiz, Azərbaycanda 12,5 faiz, Qırğızıstanda 11,2 faiz, Belarusda 10,4 faiz, Ukraynada 10 faiz, Özbəkistanda 9,8 faiz, Rusiyada 8,7 faiz, Qazaxıstanda 8,5 faiz, Tacikistanda 7,8 faiz, Ermənistanda 7,1 faiz yüksək olub.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button