En son xeberler

O quyuya heç kim düşmək istəmir…

ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirir. Ağ Evin dünən yaydığı açıqlamada sanksiyalar siyahısına daha 13 şəxs 21 şirkətin əlavə olunduğunu açıqlayıb. Maliyyə Nazirliyinin hazırda üzərində çalışdığı yeni siyahıda isə Rusiyanın 120 şirkətinin adının olduğu bildirilir. 

Bundan başqa, ABŞ xüsusi xidmət orqanları maliyyə qurumları Avropadakı müttəfiqləri ilə birgə Rusiya oliqarxlarının gizlətdiyi sərvətlərin aşkara çıxarılması, habelə Kremlə sanksiyalardan yayınmaqda kömək edən qurumların üzə çıxarılması ilə məşğuldur. 

Qərb Ukraynanı işğal etməyə çalışan Rusiyanı durdurmaqda qərarlıdır bu siyasətin əsas aləti ölkənin bütün həyati əhəmiyyətli sahələrinə ağır sanksiyaların qoyulmasından ibarətdir. Bu günə qədər tətbiq olunan 6 minə yaxın məhdudiyyət artıq Rusiyada ciddi problemlər yaratmağa başlayıb. Rusiya hökuməti vəziyyətdən çıxmaq üçün yollar axtarmağa başlayıb.  

Müharibənin 40-cı günü ərəfəsində artıq bir sıra postsovet ölkələri də Qərbin tətbiq etdiyi sanksiyalara əməl edəcəklərini açıqlayıblar. İki gün əvvəl Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippinin Tiflisə səfərindən sonra Gürcüstanın Prezidenti Salome Zurabişvili bəyan etdi ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulub.

Dünən isə Qazaxıstan bəyan edib ki, Rusiyaya yayınmaqda kömək etməyəcək. Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin müavini Timur Suleymenov Qazaxıstan Rusiya ilə, sanksiyaları pozmadan, əməkdaşlığa imkan verən qanun layihəsi üzərində işləyir. O, vurğulayıb ki, Astana Ukraynanın ərazi bütövlüyü suverenliyini dəstəkləyir, Krımın ilhaqını, Ukrayna ərazisindəki qondarma separatçı əraziləri tanımır: “Qazaxıstan bu münaqişənin iştirakçısı deyil. Bəli, biz Avrasiya İqtisadi İttifaqının üzvüyük, lakin müstəqil dövlət kimi öz sistemimiz var , Rusiya Belarus üzərinə qoyulmuş sanksiyalara əməl edəcəyik. Biz onlarla eyni səbətə qoyulmaq riskinə girmək istəmirik”.

Bəs Rusiyanın cənub qonşusu olan Azərbaycan nə edəcək? Xatırladaq ki, bu günə qədər rəsmi Bakı bu barədə hər hansı açıqlama verməyib. Amma ümumilikdə məlumdur ki, Azərbaycan Qərbin sanksiyalarına qoşulmur, bu məsələdə müttəfiqi Türkiyə ilə eyni mövqedən çıxış edir. 

2021-ci ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan artıqdır. Ötən il Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 4,5 milyard ABŞ dollarına, Azərbaycanın isə bu ölkəyə qoyduğu investisiyaların həcmi isə 1,5 milyard dollara çatıb.

Siyasi təhlilçi Rauf Mirqədirov Pressklub.az-a şərhində bildirib ki, sanksiyalarla bağlı cəmiyyətdə bir qədər qeyri-dəqiq təsəvvürlər var. Onun sözlərinə görə, Rusiyaya qarşı Qərbin elə sanksiyaları var ki, Azərbaycan istəsə də, istəməsə də ona qoşulacaq. qoşulmaq məcburiyyətindədir, çünki kənarda dayanmaq mümkün deyil. Məsələn, maliyyə sisteminə, banklara qoyulan məhdudiyyətlərə biz qoşulmaya bilmərik”, – ekspert əlavə edib. 

R.Mirqədirov xatırladır ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir qədər tələsərək, ölkəsinin heç bir sanksiyalara qoşulmayacağını bəyan etmişdi. “Amma bəyanatın səhəri günü Gürcüstanda fəaliyyət göstərən sanksiyalar altında olan VTB bankın bütün əməliyyatları fəaliyyəti faktiki dayandırıldı”, – o qeyd edib. 

Siyasi təhlilçi vurğulayır ki, əgər Azərbaycan bankları Rusiya maliyyə sisteminə qoyulan məhdudiyyətlərdən kənarda dayanmaq istəsələr, onlara da sanksiyalar tətbiq ediləcək. 

Rauf Mirqədirov Rusiya Hərbi Sənaye Kompleksinin maliyyələşdirilməsinə qarşı ciddi sanksiyalar qoyulduğunu xatırladır: “Azərbaycan bu sanksiyalara qoşulmasa, özü sanksiyalara məruz qalacaq. Bu o deməkdir ki, Azərbaycan sanksiyalar ləğv olunana qədər Rusiyadan hərbi texnika almaq imkanından məhrumdur. Bu, təkcə bizə aid deyil, bütün ölkələrə aiddir. Biz indiyə qədər Rusiya Hərbi Sənaye Kompleksinin sadiq müştərilərindən biri idik, bu ölkədən hərbi texnika, sursatlar, HMM sistemləri s. alırdıq. Artıq Rusiya bu imkandan məhrum olacaq. Bütövlükdə sanksiyalara qoşulmayacağını elan edən Türkiyə bəyan edib ki, Rusiyadan S-400-lərin ikinci partiyasını almayacaq. Bu silahların Qərb ölkələrində istehsal edilmiş analoqunu almağa çalışacaq”.

Ekspert daha sonra Rusiya mülki aviasiyasına qarşı tətbiq olunan məhdudiyyətlərə Azərbaycanın da qoşulacağını, buna məcbur olduğumuzu söyləyir: “Söhbət hava məkanının bağlanmasından getmir. Məlumdur ki, Rusiya Qərb şirkətlərindən lizinq müqavilələri ilə aldığı “Airbus” “Boeing” təyyarələrini istifadə edirdi. Müharibə başlayandan sonra adı çəkilən aviasiya nəhəngləri başqa Qərb şirkətləri lizinq müqavilələrini ləğv ediblər. Hazırda Rusiya aviasiyasının 700 təyyarəsi mülkiyyətçilərinə qaytarılmalıdır. Rusiya bu təyyarələri qaytarmaqdan imtina edir müsadirə olunduğunu bəyan edib. Beynəlxalq hüquq normalarına görə, həmin təyyarələr Azərbaycanın hava məkanına daxil olarlarsa, onların həbs edilib mülkiyyətçilərinə qaytarılması ilə bağlı müəyyən prosedurlar həyata keçirilməlidir. Azərbaycandan Rusiya ilə hava məkanını bağlamaq tələb olunmur. Bu, bizim öz seçimimizdir, məncə, qoşulmağımız lazım da deyil. Rusiya Azərbaycana aviauçuşları bərpa etməyib, etdikdən sonra isə öz təyyarələrindən istifadə edəcəklərini bildirib”

R.Mirqədirovun sözlərinə görə, bütün bunlarla yanaşı, Azərbaycan Rusiyanın sanksiyalardan yan keçmək imkanlarını da məhdudlaşdırmalıdır: “Məlumdur ki, Rusiya aviaşirkətlərinin texniki avadanlıqlara ehtiyat hissələrinə böyük ehtiyacı var. Çünki özü heç birini istehsal etmir. Məlumdur ki, “Boeing” “Airbus” bu ehtiyat hissələrini verməkdən imtina edib. Azərbaycan da qaydalara riayət edib qoyulan sanksiyalardan yayınmağa kömək etməməlidir”.

Ekspert vurğulayır ki, bundan başqa yüksək texnologiyaların satın alınıb Rusiyaya ötürülməsi s. məhdudiyyətlərə də əməl etmək vacibdir. “Əks halda, Azərbaycan üçün həmin lizinq müqavilələri ləğv olunar, ehtiyat hissələri göndərilməz. Bəzi ölkələr bəyan edəndə ki, Rusiyaya qarşı sanksiyalara qoşulmuruq, bu, onların özləri tərəfindən məhdudiyyətlərin tətbiq edilməməsi anlamına gəlir. Yəni Rusiyanın həyatı vacib sahələrinə qoyulmuş sektoral sanksiyalara əməl edəcəklər, qalan məsələlərdə isə əlaqələr davam etdiriləcək”, – deyə siyasi təhlilçi əlavə edib.   

Turqut  


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button