En son xeberler

Şəhidlər Xiyabanından Kremlə əlamətdar mesaj

Rusiya siyasi elitasından Azərbaycana qarşı təhdidlə dolu çağırışların artdığı bir vaxtda Britaniya Silahlı Qüvvələr naziri Ceyms Heppi Bakıya bir günlük səfərə gəldi. Cənab Heppi Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov müdafiə naziri Zakir Həsənovla görüş keçirdi Şəhidlər Xiyabanını ziyarət etdi. 

Britaniya səfiri Ceyms Şarpın “Tvitter” səhifəsində nazirin şəhid məzarı önündə diz çöküb, onların xatirəsinə ehtiram göstərdiyi fotonun altına bu sözlər yazılmışdı: 

“Silahlı Qüvvələr naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib Kremlin göstərişləri ilə həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğurunda canlarını fəda ediblər”.    

Səfirin paylaşdığı ikinci foto isə prezidentlə görüşdən çəkilmişdi, diplomat bu paylaşımında Azərbaycanın Ukraynaya humanitar yardımlara görə minnətdarlığını ifadə edirdi. 

Rəsmi məlumata görə, Ceyms Heppi ilə İlham Əliyevin görüşündə Böyük Britaniya tərəfindən neft, qaz, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında müzakirələr olub.

Xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticarət məsələləri ilə yanaşı, alternativ enerji mənbələri digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Ceyms Heppinin müdafiə naziri Zakir Həsənovla apardığı müzakirələr zamanı Qarabağ iqtisadi zonasında Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri digər mövzular ələ alınıb. 

Qeyd edək ki, bu səfərdən bir gün öncə Londonda Britaniyanın xarici işlən Naziri Ceyms Kleverli ilə Azərbaycanın həmin ölkədəki səfiri Elin Süleymanovla görüş baş tutub. Kleverlinin “Tvitter”də paylaşılan xəbərdə qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən Dağlıq Qarabağ mövzusunun diplomatik həlli məsələlərində məhsuldar müzakirə olub.

Ceyms Heppi Bakıdan sonra Gürcüstanda Ermənistanda da qısa müddətli səfərdə olub. Hazırda Britaniyanın işğalçı Rusiyaya qarşı Qərb koalisiyasının aparıcı iki üzvündən biri olduğunu nəzərə alsaq, nazirin regiona səfəri xüsusi əhəmiyyət daşıyır. 

Nazirin Bakıda keçirdiyi görüşlərdən verilən açıqlamalardan belə nəticə çıxarmaq olar ki, Ukrayna böhranın regiona mümkün təsirləri, Kremlin regionda artan aqressiyası geniş müzakirə edilib. Bu kontekstdə, müdafiə naziri Zakir Həsənovla görüşdə ikitərəfli hərbi əlaqələrin inkişafı ilə bağlı müzakirələr xüsusi ilə diqqət çəkir. 

Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi 37 gün ərzində yalnız bir dəfə – dünən Kreml rəhbəri V.Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Müzakirələr haqda geniş bilgi olmasa da Qarabağda baş verən hadisələr, aprelin 6-da Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçiriləcək görüş barədə müzakirələrin aparıldığı güman edilir.

Ötən bir ayda Bakı Moskva arasında Ukrayna böhranına dair hər hansı müzakirə gündəmi yoxdur. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, beynəlxalq təşkilatlarda onun əleyhinə addımlar atmır. Paralel olaraq, Ukraynaya humanitar yardımlar göndərir. 

Görünür, Bakının soyuqqanlı münasibəti, habelə Türkiyə Qərblə intensiv müzakirələr içərisində olması Kremli qane etmir. Bu kontekstdə Rusiya hərbi kəşfiyyatına bağlı siyasətçilərin Azərbaycana qarşı təhdid çağırışıları təsadüfi görünmür. Onlardan biri, Rusiya Hərbi Kəşfiyyatına sıx bağlı olduğu deyilən Mixalil Delyaqinin Bakının neft infrastrukturunu bombalamaq çağırışı Azərbaycanda 70 milyard dollardan artıq sərmayəsi olan Britaniyanı narahat etməyə bilməz. C.Heppinin Şəhidlər Xiyabanını ziyarəti, səfir Ceyms Şarpın bu ziyarətin mənasını ifadə edən paylaşımı Moskvaya açıq mesajdır. Rəsmi London Moskvaya çatdırır ki, kiçik, zəif region ölkələri köməksiz deyil, İngiltərə hərbi, siyasi gücü ilə onların arxasındadır.

Bakıdan Kremlə verilən ikinci mesaj Qarabağ ətrafındakı gərginliyin artmasından doğan təhlükələrlə bağlıdır. Bəzi ekspertlərin qənaətinə görə, Ukraynada dərin bataqlığa qərq olan Kreml regionda başqa bir münaqişədə “parlaq” zəfər nümayiş etdirib, narahat qəzəbli elektoratını sakitləşdirməyə cəhd edə bilər. Nəzəri baxımdan, Qarabağa əlavə qüvvələr yeridilməsi sülhməramlıların nəzarət etdiyi ərazilərin daha da genişləndirilməsi s. müzakirə predmetidir. Amma daha güclü arqument Türkiyənin Rusiyanın aqressiv planlarına qarşı adekvat addımlar atacağıdır ki, iki ölkə arasında hazırki münasibətlər bu dəstəyə hüquqi, siyasi legitimlik üçün kifayətdir. Britaniya da Azərbaycan-Türkiyə ittifaqına dəstək göstərməklə Kremlə qırımızı kart göstərir.

Bütün bunlarla bərabər, şübhəsiz ki, rəsmi Londonun Bakıdan gözləntiləri də var. Onlardan biri Azərbaycan rəhbərliyinin Rusiya ilə bağlı daha açıq mövqe nümayiş etdirməsidir. Səfir C.Şarp “Tvitter”də 20 yanvar şəhidlərinin Kremlin göstərişi ilə qətl edildiklərini yazmaqla, ölkəsinin mövqeyini istəklərini çatdırıb. Rəsmi Bakı Kremlin son 30 ildə regiondakı fəaliyyəti ilə bağlı daha konkret ünvanlı danışmalıdır. Bununla Azərbaycanın Rusiya-Qərb geosiyasi qarşıdurmasında öz seçimini etmiş olur. Britaniya bu seçimin rahat, təhlükəsiz baş tutması üçün Bakıya öz dəstəyini ifadə edir. 

Son günlər Müdafiə Nazirliyinin Fərrux dağı ilə bağlı Rusiya Müdafiə nazirliyinin açıqlamasını sərt şəkildə təkzib etməsi, Bakını bombalamağa çağıran deputat M.Delyaqinə cinayət işi açıb, onu beynəlxalq axtarışa verməsi strateji seçimlərin əlaməti hesab oluna bilər. Qarşıdakı həftələrdə, əlbəttə, Ukraynadakı proseslərin gedişindən asılı olaraq, rəsmi Bakının Rusiya işğalı ilə bağlı daha ucadan danışacağı istisna deyil. 

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button