En son xeberler

Ukrayna-Rusiya danışıqları gözlənir

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində yanacaq anbarında yanğın baş verib

Aprelin 1-də Ukrayna Rusiya arasında danışıqların videoəlaqə ilə bərpa olunacağı gözlənir. Bu arada Ukrayna qüvvələrinin paytaxt Kiyev Çerniqov yaxınlığında Rusiya qoşunlarını geri oturtması xəbərləri gəlir.

Britaniya hərbi kəşfiyyatı aprelin 1-də bildirib ki, Ukrayna qüvvələri şimaldakı Çerniqov şəhəri yaxınlığındakı Sloboda Lukaşivka kəndlərini geri alıb, bu şəhərlə Kiyev arasındakı əsas təchizat marşrutları boyunca yerləşiblər.

“Ukrayna Kiyevdən şərqdə şimal-şərdə də uğurlu, amma məhdud əkshücumlar həyata keçirib”, – Müdafiə Nazirliyi bildirib.

Zərbələr davam edir

Rusiyanın bu ərazilərdə hərbi aktivliyi azaltması iddialarına baxmayaraq, Çerniqov Kiyev davamlı hava, raket zərbələrinə məruz qalır, bəyanatda deyilir.

Ukrayna ordusunun aprelin 1-də bildirdiyinə görə, Kiyevin şimalındakı Rusiya qüvvələri Belarusla sərhədə doğru çəkilməkdədir.

Ukrayna ordusu Rusiya qüvvələrinin talan etdiyi əmlakı, əsgərlərinin oğurladığı avtobuslar, yük maşınlar, avtofurqonları da özləriylə götürdüyünü bildirir.

Rusiyanın Müdafiə Nazirliyi aprelin 1-də səhər cənubda mühasirədə olan Mariupol şəhərindən humanitar dəhliz açılacağını, dinc sakinlərin çıxmasına icazə veriləcəyini bəyan edib. Onminlərlə insan həftələrdir bu şəhərdə ərzaqsız, susuz, vacib kommunal xidmətlərsiz qalıb.

Rusiya torpağına ilk zərbə?

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində isə yanacaq anbarında yanğın baş verib. Region qubernatoru deponun Ukraynanın iki vertolyotu tərəfindən vurulduğunu bildirib. Təsdiqlənərsə, bu, Ukraynanın Rusiya torpağına ilk zərbəsi olacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski martın 31-də gündəlik videomüraciətində əsgərlərinin irəliləməsini alqışlayıb, amma Donbasda Mariupolda “döyüşlərin gözləndiyini” deyib.

“İstədiyimiz hər şeyi əldə etmək üçün çox çətin yolla getməliyik”, – Zelenski deyib.

Ukrayna Rusiya arasında hər hansı yekun razılaşma əldə edilərsə, Türkiyə Almaniya təhlükəsizlik təminatçısı olmağı təklif ediblər. Bunu isə danışıqların gözlənən dördüncü raundu öncəsi Ukrayna təmsilçisi David Araxamiya söyləyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button