En son xeberler

Rusiya diplomatlarına çağırış: ‘Dövlətiniz sizi aldadıb’

Məktubda rusiyalı diplomatlara “şərə qulluq edənlərin” çevrəsindən çıxmaları “batmaqda olan gəmini” tərk etmələri üçün “yalvarış” edilir
Çexiya XİN Rusiya diplomatlarına onları Ukrayna müharibəsinə dəstək verməməyə çağıran açıq məktub yazıb.
Reuters xəbər verir ki, məktub aprelin 1-də XİN-in Twitter hesabında ingilis rus dillərində dərc olunub.
Məktub Rusiyanın yalnız Çexiyadakı deyil, bütün dünya boyunca xidmətdə olan diplomatlarına üznvanlanıb.
Məktubda diplomatlara “həmkarlarımız” deyə müraciət olunur:
“Biz siyasi elitanın milli maraqlara zidd hərəkət etdiyini dərk etməyə qabilik. Yəqin bir çoxlarınız dərk etmisiniz ki, dövlətinizin rəhbərliyi sizi aldadıb”.
Məktubda Rusiyanın Ukraynda başlatdığı müharibənin gətirdiyi dağıntılardan, dinc insanların həlak olmasından bəhs olunur.
Yalvarış
Məktub müəlliflərinin fikrincə, Rusiyada “korrupsiyalaşmış gerontokratiyaya çevrilən” hakimiyyətin günahı üzündən ölkə “keçmişin qaranlığına” yuvarlanır.
Bu da qeyd olunur ki, Rusiya rəhbərliyini sonda hərbi cinayətlərə görə məsuliyyət gözləyir.
Məktubda rusiyalı diplomatlara “şərə qulluq edənlərin” çevrəsindən çıxmaları “batmaqda olan gəmini” tərk etmələri üçün “yalvarış” edilir.
Rusiya XİN Rusiyanın Çexiyadakı səfirliyi məktuba hələki reaksiya verməyiblər.
Çexiya Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qızğın mübarizə aparan ölkələrdən biridir.
Çexiyanın baş naziri Petr Fiala müdaxilənin əvvəlində Kiiyevə səfər edən azsaylı ölkə başçılarından biri olub.
Çexiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinə çoxsaylı izdihamlı etiraz aksiyaları keçirilir, Ukrayna qaçqınlarına hər cür qayğı göstərilir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button