En son xeberler

Putinin Altay sevgisinin sirri: maral buynuzundan hazırlanmış vanna…

Araşdırmaçı jurnalistlər bildirir ki, Rusiya prezidenti Vladimir Putini səfərlərdə on həkim müşayiət edir. Prezident özü isə alternativ təbabətə maraq göstərir, məsələn, maral buynuzlarından hazırlanmış məlhəmin vannasını qəbul edir. 

“Proekt” müstəqil media qrupunun əməkdaşları Putinin 70 illiyi ilə bağlı apardıqları araşdırma zamanı müxtəlif sənədləri tədqiq edərək belə qənaətə gəliblər ki, 2016-2017-ci illərdə prezidenti orta hesabla 5 həkim müşayiət edib. 

2016-cı ilin noyabrında Putin 5 gün ictimaiyyət qarşısında görünməyib. Həmin günlərdə Soçidəki “Rus” sanatoriyasında eyni zamanda 12 tibb işçisi yerləşib. 

2019-cu ildə isə onu müşayiət edən həkimlərin sayı 9-a yüksəlib. 

“Proekt”in materiallarına inansaq, prezidenti tez-tez müşayiət edən həkimlərdən biri onkoloq Yevgeni Selivanov olub. O, qalxanabənzər vəzin problemləri üzrə ixtisaslaşıb. 

Nəşr, həmçinin Putinin pant (yumşaq, sümükləşməmiş maral buynuzu) məlhəmi ilə vanna qəbul etməyə maraq göstərdiyini yazır. 

Rusiya elitasında pant vannasına ilk maraq göstərən şəxs kimi hələ o vaxtlar fövqəladə hallar naziri olan Sergey Şoyqunun adı çəkilir. O, hələ 2000-ci illərin ortalarında prezidenti Altaya apararaq, onu bu prosedurun faydalarına inandırıb. Bu məlhəm ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır dərini cavanlaşdırır. 

Növbəti səfərlərin birində Putin maral buynuzlarından hazırlanmış, spesifik qoxusu olan belə vannalara girib. Mütəxəssislər ona pant vannalarının faydası barədə hələlik heç bir ciddi elmi dəlil olmadığı barədə xəbərdarlıq da ediblər. 

Ancaq Putin bu proseduru o qədər bəyənib ki, həmin vaxtdan sonra bir neçə dəfə Altaya səfər edib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkməsi barədə suala cavab olaraq bildirib ki, bu barədə yazılanlar cəfəngiyyatdır.

Qeyd edək ki, Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya ABŞ-ın daxil olduğu Five Eyes kəşfiyyat alyansının yüksək vəzifəli şəxsləri Kremldəki mənbələrə istinadən belə bir məlumat yaymışdılar ki, Putin, xərçəngin müalicəsi nəticəsində əmələ gələn beyin fəaliyyətinin pozuntusu Parkinson xəstəliyindən əziyyət çəkir. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button