En son xeberler

Müqəddəs Ramazan ayı başlayır – Orucluqda necə qidalanmalı?

Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdə qidalanma rejimindən fərqlənir. Amma buna baxmayaraq, gündəlik insan orqanizmi üçün lazım olan vitamin, mineral tələbatı ödənməlidir. Buna görə də oruc tutan şəxs Ramazan ayında düzgün qidalanmaya tam riayət etməli orqanizmin ehtiyacı olduğu qidalara üstünlük verməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-dietoq İlqar Şamilov bildirib ki, imsak zamanı hər bir qida qrupundan zülallı, karbohidratlı yağlı qidaların süfrədə olması mütləqdir.

Onun sözlərinə görə, bu qidalar arasında çərəzlərdən badam, qoz, fındıq da daxildir:

“Çörək seçimində isə buğda unundan hazırlanmış çörək məhsuluna üstünlük verməliyik. Ağartı məhsullarına gəlincə, oruc tutan şəxsin istifadə etdiyi qidalar arasında süd kəsmik də ola bilər. Həmçinin, tərəvəzlərə də üstünlük vermək lazımdır”.

Həkim-dietloq imsak zamanı şirin çay içməyi tövsiyə etmir:

“Bunun əvəzində bitki çayı yanında porsiyasına diqqət etdiyimiz quru meyvə yemək olar. İmsakın bitməsinə 10-15 dəqiqə qalmış 2-3 fincan su istifadə etmək məsləhətdir ki, gün ərzində orqanizm susuzluq çəkməsin”.

İ.Şamilov deyib ki, iftar zamanı orucu ilk öncə ilıq su ya xurma ilə açmaq məsləhətdir:

“Ardınca az yağlı ədviyyatsız ilıq şorba içmək, 5-10 dəqiqə fasilədən sonra isə əsas yeməyə keçid etmək olar. Əsas yemək isə çox yağlı, qızarmış karbohidratlı qidalar olmamalıdır. Ət məhsullarına gəldikdə, qırmızı ət, toyuq balıq əti, qarnir olaraq isə bulqur, qarabaşaq, az miqdarda düyü tərəvəzlərdən istifadə etmək olar”.

Həkim vurğulayıb ki, iftar zamanı qazlı şirin içkilərdən istifadə məsləhət deyil:

“Su ya duzsuz ayran içmək məsləhətdir ki, susuzluq ehtiyacını qarşılasın. İftardan 30-45 dəqiqədən sonra yürüşə çıxmağı məsləhət görürəm. Həmçinin iftardan 1-2 saat öncə idmanla məşğul olmaq daha məqsədəuyğundur. Ardınca şəkərsiz, südsüz qəhvə ya quru meyvə ilə bitki çayı, mövsümü meyvə yemək olar”.

Qeyd edək ki, mübarək Ramazan orucluq ayı aprelin 2-də başlayır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button