En son xeberler

Hələ təqdim edilməmiş orta büdcəli Google Pixel 6a-nın dizaynı ortaya çıxıb

    Gələn ay keçiriləcək Google I/O 2022 konfransı səbəbilə hələ təqdim edilməmiş orta büdcəli Google Pixel 6a smartfonu barəsində yeni məlumatlar ortaya çıxmağa başlayıb. Bu dəfə internetdə sözügedən smartfonun qutusunun yarı hissəsinin fotosu ortaya çıxıb. Nəticədə Pixel seriyasının yeni smartfon modelinin dizaynını qiymətləndirmək mümkün olub. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, Pixel 6a-nın arxa kamera dizaynı məhz standart Pixel 6 modelinin arxa kamera dizaynı ilə eyni olacaq. Məlumata əsasən Pixel 6a modeli 12.2 MP (Sony IMX363) + 12 MP (Sony IMX355) ikili arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olraq 12 MP-lik obyektiv genişbucaqlı optikaya sahib olacaq. Bununla yanaşı smartfonun Google şirkətinin Tensor adlı fərdi prosessoru, 6.2 düym OLED ekran 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı da gözlənilir. Məlumata əsasən Google Pixel 6 kimi Pixel 6a da naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button