En son xeberler

Apple və Meta istifadəçi məlumatlarını özlərini hüquq-mühafizə orqanları kimi qələmə vermiş hackerlərə ötürüblər

    Verilmiş məlumata əsasən Apple Meta şirkətləri öz istifadəçilərinin konfidensial məlumatlarını özlərini ABŞ-ın hüquq-mühafizə əməkdaşları kimi qələmə vermiş dələduzlara təqdim ediblər. Bu hadisə 2021-ci ilin ortasında baş verib onun çərçivəsində şirkətlər dələduzlara istifadəçilərin ünvanlarını, telefon nömrələrini IP ünvanlarını təqdim ediblər. Bu cür məlumatlar məhkəmə qərarından sonra verilsə də bəzi fövqəladə hallarda istisnalar mövcuddur.

    Dələduzlar isə bu cür imkandan istifadə edərək istifadəçi məlumatlarının tez bir zamanda təqdim edilməsini şirkətlərdən tələb ediblər. Məlumata əsasən Snap şirkətinə də eyni sorğu göndərilib. Lakin Snap şirkətinin istifadəçi məlumatlarını təqdim edib-etməməsi hələ bilinmir. Bəzi məlumatlara əsasən bu hadisə Discord-a da təsir göstərib. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislərin fikirlərinə əsasən bu cür hadisənin arxasında ABŞ-dan ya İngiltərədən olan azyaşlı şəxslər dayanmış ola bilərlər.

    Məlumata əsasən hüquq-mühafizə orqanı əməkdaşının oğurlanmış istifadəçi hesabını darknet-də əldə etmək çox asandır. Bunun üçün sadəcə olaraq 10-50$ ödəmək lazımdır. Bundan əlavə olaraq polisin ya digər dövlət departamentinin elektron poçtunu əldə edəndən sonra dələduzlar şirkətlərə göndərilən bu cür sorğuların tərtib olunması üçün istifadə edilən şablonlar ilə tanış ola bilərlər. Mütəxəssislərin verdikləri məlumata əsasən Microsoft Exchange-ə edilmiş kiberhücumun qurbanına çevrilmiş hüquq-mühafizə orqanlarından sonra polislərin elektron poçt hesablarının satışları ilə bağlı vəziyyət daha da pisləşdi.

    Sorğuların qəbul edilməsi yolunda böyük şirkətlərin xüsusi portallara sahib olmalarına baxmayaraq 24/7 rejimində hətta polis domenlərindən gələn adi məktublara da baxılır. Bəzi mütəxəssislər qeyd ediblər ki, bu cür məktubları analiz edən şirkət əməkdaları çox zaman fövqəladə hallar çərçivəsində məlumatların təqdim edilməsi üzrə məsuliyyəti öz üzərlərinə götürürlər. Bu cür vəziyyət həmçinin onunla qəlizləşir ki, Apple Meta kimi şirkətlər il ərzində onlarla ölkədən məlumatların təqdim edilməsi üzrə 10.000-lərlə məktub əldə edirlər. Bu cür məktubların böyük hissəsinə əməl edilir məlumatlar hüquq-mühafizə orqanlarına ötürülür. Belə ki, daxil olan məktubların əksəriyyəti fövqəladə halları əhatə edir nəticədə real insanların təhlükəsizliklərinin təmin edilməsi məsələsi dayanır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button