En son xeberler

Putin Avropaya qazın yalnız rubla satılması barədə fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin bəzi ölkələri Rusiya qazını rublla almaq üçün xüsusi hesablar açmağa məcbur etmək məqsədi güdən fərman imzalayıb.

Putin fərmanı imzaladıqdan sonra deyib ki, aprelin 1-dən Rusiyanın “qeyri-dost” hesab etdiyi ölkələr xüsusi “K-hesablar” açmalı Rusiya qazı üçün ödənişləri bu hesaba etməlidirlər.

Onun sözlərinə görə ödənilmiş valyuta bu hesablarda Rusiya rubluna konvertasiya olunacaq.

Putin habelə deyib ki, bu ödəniş sistemindən imtina edən ölkələr müqavilə qaydalarını pozmuş olacaqlar.

Avropa liderləri Rusiya qazı üçün rubl ödəməkdən imtina ediblər. Onlar bildirirlər ki, bu, Rusiyaya qarşı sanksiyalara xələl gətirə bilər.

Putinin “zəmanəti” “şantajı”

Almaniya kansleri Olaf Şolts deyib ki, mövcud müqavilələrə uyğun olaraq Rusiya qazı üçün ödənişlər əsasən avro, bəzi hallarda isə dollarla edilir.

O martın 30-da Putinlə telefon söhbətində ödənişin bu qaydada davam etdiriləcəyini deyib.

O bildirib ki, Berlik Putinin fərmanını bir daha nəzərdən keçirəcək.

Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib ki, mövcud kontraktlara hörmət göstərilməsi “mütləqdir” Avropa ölkələri “Putinin şantajına” boyun əyməyəcəklər.

Təhlil lazımdır

İtaliyanın baş naziri Mario Dragi deyib ki, Putin ona Avropanın qaz üçün rubl ödəməli olmayacağına dair zəmanət verib.

Dragi bildirib ki, Putinin bu fərmanı təhlil tələb edir:

“Mənim lap əvvəldən başa düşdüyümə görə valyuta ödənişləri sistemini mövcud müqavilələri pozmadan dəyişmək sadə olmayacaq”.

Britaniya da bildirib ki, Rusiya qazı üçün rubl ödəməyəcək.

Rusiyaya Ukraynaya səbəbsiz əsassız hücumuna görə qoyulmuş sanksiyalar maliyyə sistemini beləliklə də Rusiya rublunu hədəfləyir.

Təhlilçilər bildirirlər ki, Putin bu fərmanla sanksiyalardan yayınmaq rublu xilas etmək məqsədi güdür.

ABŞ Rusiyadan bütün növ enerjinin idxalını tam qadağan edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button