En son xeberler

iPhone-ların icarə xidməti ilə bağlı YENİ MƏLUMAT

 Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Apple şirkəti öz cihazlarını aylıq abunəlik qarşılığında icarəyə verilməsi xidməti üzərində çalışır. Analitiklərin fikirlərinə əsasən şirkət pərakəndə satış üçün smartfonların təqdim olunması biznesini mövcud olan istifadəçi bazasının monetizasiyasına dəyişmək istəyir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, internetdə artıq Apple şirkətinin yeni abunəlik xidməti barəsində ilk məlumatlar ortaya çıxıb. Şirkətin bu sxemi barəsində yeni məlumatlar Morgan Stanley korporasiyasının aparıcı analitiki Katy Huberty tərəfindən verilib. Onun fikirlərinə əsasən aylıq abunəlik qarşılığında Apple cihazlarından istifadə sxemi istifadəçiləri bir dəfəlik alışdan təkrarlanan alışa keçirdəcək.

Güman olunur ki, Apple şirkətinin orta statistik istifadəçisi şirkətin cihazlarından proqram təminatından istifadəyə görə mövcud olan orta qiymətdən 1$ daha çox ödəməyə hazırdır. Məlumata əsasən şirkət bu məsələdə istifadəçilərə bir neçə abunəlik variantını təqdim edə bilər. Məsələn büdcəli abunəlik hər 24 aydan bir yeni Apple məhsulundan istifadə etmək imkanını verə bilər. Daha yüksək qiymətə sahib abunəlik sistemi sayəsində isə istifadəçilər yeni cihazları digər üstünlükləri daha tez zaman intervalında əldə edə bilərlər. Həmçinin bunun sayəsində Apple öz məhsullarından xidmətlərindən istifadə üzrə detallı satistikanı əldə edə biləcək.

 Katy Huberty güman edir ki, aylıq abunəlik sxemi cihazların yenilənmə dövrünü qısaldacaq yeni servislərin inkişaflarını stimullaşdıracaq. Pərakəndə satıcılar ilə vasitəçilərdən imtina edilməsi halında daha çox istifadəçi bu yeni sxemə keçid edəcək. Gözləntilərə əsasən bu cür aylıq abunəlik istifadəçilərin Apple ID-lərinə qoşulu olacaq hər ay onların balanslarından həmin abunəliyə görə müəyyən vəsait çıxılacaq. Analitiklər düşünürlər ki, bu abunəlik sxemi sayəsində Apple öz gəlirlərini yüksəldəcək istifadəçilərə yeni cihazların alınması üçün külli miqdarda vəsait xərcləmə prosesini sadələşdirəcək. Nəticədə istifadəçilər öz iPhone modellərini hər il yenisi ilə əvəz edə biləcəklər.

24 saat” “
iPhone-ların icarə xidməti ilə bağlı YENİ MƏLUMAT
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button