En son xeberler

Rusiya ‘Z’ hərfini necə gözdən saldı

Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Reuters agentliyi yazır ki, bunu martın 30-da Berlin torpağının daxili işlər naziri bildirib.

Nazir deyib ki, şəhərin hakimiyyət orqanları “Z” rəmzindən istifadə olunması hallarına qarşı qəti mübarizə aparacaq.

Bundan əvvəl eyni bəyanatla Bavariya Aşağı Saksoniya torpaqlarının rəhbərliyi çıxış edib.

Almaniya federal hökumətinin Daxili İşlər Nazirliyi bildirib:

“Əlbəttə Z hərfi qadağan olunmur, lakin bu hərfdən bir sıra fərdi hallarda Rusiyanın təcavüzkar müharibəsinə dəstək rəmzi kimi istifadə edilə bilər”.

Cinayətin rəmzi

Rusiya Ukraynaya müdaxilə edən hərbi texnikasını “Z” hərfi ilə işarələyir.

Məntiqi müxtəlif cür izah edilsə də, “Z” hərfi Ukraynada aparılan müharibəyə dəstək simvoluna çevrilib.

Bu rəmz Rusiyanın dövlət telekanallarında, mediada küçə plakatlarında geniş reklam olunur.

Bəziləri bunu Ukrayna prezidenti Volodimir Zelenskinin soyadı, Qərb (Zapad) Hərbi Dairəsi sairlə bağlayırlar.

Rəmzin təfərrüatları rəsmi şəkildə açıqlanmayıb.

Martın 30-da Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib:

“Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə cinayət aktıdır təcavüzü açıq şəkildə dəstəkləyən hər bir kəsin hərəkəti cinayət əməli hesab olunur. Federal təhlükəsizlik orqanları bu məsələyə göz qoyur”.

Samsung başqaları

Bu arada Samsung bəzi Avropa ölkələrində öz smartfonlarının adındakı Z hərfini yığışdırıb.

Şirkət bu dəyişikliyi hələki yalnız Estoniya, Litva Latviya saytlarında edib.

Samsung şirkəti bu addımı barədə ayrıca açıqlama verməyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button