En son xeberler

Cənubi Osetiya Rusiyaya birləşəcəyini deyir

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibənin ardınca Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Gürcüstandan qoparaq müstəqiliyini elan etmiş Cənubi Osetiya respublikasının başçısı Anatoli Bibilov deyib ki, ən yaxın vaxtlarda respublikanın Rusiyanın tərkibinə daxil olması üçün “hüquqi addımlar” atılacaq.

Bibilov Rusiyanı cənubi osetiyalıların “tarixi vətəni adlandırıb” əmin olduğunu bildirib ki, Cənubi Osetiya Rusiya Federasiyasının bir hissəsi olacaq.

Cənubi Osetiyanın separatçı lideri martın 30-da etdiyi çıxışda Ukraynada müharibə məsələsinə toxunub deyib ki, Rusiya “rus dünyasının dirçəlişinə” 2008-ci ildə Cənubi Osetiyanın Gürcüstandan müstəqilliyini tanımaqla başlayıb.

Dünya ölkələrinin böyük əksəriyyəti Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi hesab edir.

Ukraynada cənubi osetiyalılar da döyüşürmü?

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibənin ardınca Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Əslində bu respublikada əhalinin hamısının Rusiya pasportu var.

Rusiyanın Ukraynaya səbəbsiz əsassız hücumunda Cənubi Osetiya Moskvanı dəstəkləyib Ukrayna ərazisində Rusiyanın yaratdığı qondarma DXR LXR-i tanıyıb.

Rusiya jurnalistləri Cənubi Osetiyadan olan döyüşçülərin Ukraynada Rusiya tərəfində vuruşduqlarını yazırlar.

Bu xəbər rəsmən təsdiq olunmayıb.

Bundan əvvəl Ukraynada separatçı LXR-in rəhbəri Leonid Paseçnik ərazinin Rusiyanın tərkibinə daxil edilməsi üçün referendum keçiriləcəyini bildirmişdi.

O sonradan bu məsələnin gündəlikdə olmadığını deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button