En son xeberler

Apple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək

    Macrumors saytının jurnalistləri bu məsələ ilə bağlı sənədləri əldə ediblər. Əldə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət şübhəli keçmişi olan cihazların təmir edilməsi prosesindən imtina etməyi planlaşdırır. Hətta əgər cihaz əvvəlki istifadəçi tərəfindən bloklanmayıbsa da şirkət təmir xidmətinin göstərilməsindən imtina edəcək. Verilmiş məlumata əsasən Apple şirkətinin mağazaları servis mərkəzləri təmir üçün nəzərdə tutulmuş cihazların itmiş cihazlar reyestrində yoxlanılmasını reallaşdıracaqlar. Əgər texniki mütəxəssis bu ya digər cihazın itmiş ya oğurlanmış olduğunu təyin etsə, o, həmin cihazın təmir edilməsindən imtina edəcək.

    Məlumata əsasən iPhone-nun bloklaşdırılmasından fərqli olaraq bu yeni strategiya smarfonu seriya nömrəsi vasitəsilə yoxlamaq imkanını verir. Beləliklə əgər cihazın əvvəlki sahibi onu bloklamasa da cihazın itmiş ya oğurlanmış olduğunu təyin etmək mümkün olacaq. Bunun üçün nəzərdə tutulmuş GSMA reyestri qlobal məlumatar bazası rolunda çıxış edir o, bəzi ölkələrdə aktivdir. Apple cihazlarının təmiri üzrə bu yeni qərarın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Gözləntilərə əsasən şirkətin rəsmi mağazaları ilə servis mərkəzləri yaxın zaman ərzində bu məsələ ilə bağlı bildiriş əldə edəcəklər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button