En son xeberler

‘Yeni iPhone SE (2022) Apple şirkətinin satış gözləntilərini qarşılamayıb’

    Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin yeni ən ucuz iPhone SE (2022) modelinin satışları üzrə qeyri-rəsmi məlumatları təqdim edib. Analitik bildirib ki, şirkətin böyük gözləntilərinə baxmayaraq aşağı qiymət göstəricisi satışların yüksəlməsinə səbəb olmayıb. Hər halda hazırki vəziyyət belədir. Öz yeni məlumatında analitik qeyd edib ki, iPhone SE (2022)-yə tələbat gözləndiyindən daha aşağı olub. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatından öncə analitik proqnozlaşdırmışdı ki, Apple ilin sonuna kimi 25-30 milyon ədəd iPhone SE (2022) istehsal edəcək. Lakin indi analitik öz proqnozuna dəyişikliklər edib. Belə ki, onun fikrincə Apple ilin sonuna kimi 15-20 milyon ədəd iPhone SE (2022) istehsal edəcək.

    Bundan əlavə olaraq məlumata əsasən iPhone istehsalı ilə məşğul olan zavodun bir neçə müddət bundan öncə öz fəaliyyətinə fasilə verməsinə baxmayaraq, bu, yeni iPhone SE modelinin istehsalına təsir göstərməyib. Lakin bununla belə yeni smartfonun satışları aşağı düşüb. Analitik bunun səbəbi barəsində məlumat verməyib. Digər insayderlərin fikirlərinə əsasən yeni iPhone SE modelinin aşağı satış göstəricilərinin səbəblərindən biri də smartfonun ölçüləri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Apple şirkətinin əsas iPhone seriyasına daxil olan iPhone mini modellərinə tələbatın az olması səbəbilə çox güman ki, şirkət ondan imtina edib bu il həmin model daha böyük ekranlı iPhone Max ilə əvəz ediləcək.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button