En son xeberler

“Test, COVİD pasportu və s. tələblərə bu gündən son qoyula bilər”

Martın 24-də Azərbaycanın quru sərhədlərinin bağlanmasının 2 ili tamam oldu. Bu müddət ərzində ölkədə, eləcə də qonşu Gürcüstanda, İranda, Türkiyə s. ölkələrdə pandemiyanın bir neçə dalğası yaşanıb. Azərbaycan hökuməti, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, sərt karantin rejimi tətbiq edib. Yoluxma səviyyəsinin azalması ilə bağlı sərt məhdudiyyətlər tədricən yumşaldılıb bu il martın 5-də Nazirlər Kabinetinin qərarı ilə kütləvi toplaşmaq, toy, yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Amma izaholunmaz səbəbdən ölkənin quru sərhədləri bağlıdır bu da vətəndaşlara ağır məhrumiyyətlər, maddi itkilər yaşadır. Hazırda ölkəyə hava yolu ilə gəlmək mümkündür, bu zaman mütləq PCR testi verilməli, Covid pasportu təqdim olunmalıdır. Dünyanın əksər ölkələri, o cümlədən qonşu dövlətlər sərhəd məhdudiyyətini xeyli müddət əvvəl aradan qaldırıblar. 

Pandemiya dövründə təyyarə biletləri bir neçə dəfə bahalaşıb hələ də qiymətlər yüksək olaraq qalır. Nəticə etibarilə, qonşu ölkələrdə miqrant kimi çalışan, təhsil alan tələblərin təyyarə ilə ölkəyə qayıtması onların maddi durumlarına uyğun deyil. Bu səbəbdən Rusiya, Gürcüstanla sərhədlərdə  minlərlə azərbaycanlı qalıb, onlar həftələrdir ölkəyə buraxılacaqlarını gözləyirlər. Qaydalara görə, Azərbaycan vətəndaşı, yaxud burada daimi oturumu, yaxın qohumları olan əcnəbilər Operativ Qərargahdan (OQ) verilən icazə ilə sərhədi keçə bilər. Bu zaman onlar OQ verdiyi icazə kodunu sərhəd xidmətinə təqdim etməlidirlər. Bu icazə isə verilmir, vətəndaşların sərhədlərdə ağır məhrumiyyətlərlə üzləşməsi görməzdən gəlinir. 

Bir aydan artıqdır davam edən RusiyaUkrayna müharibəsi bu sahədə vəziyyəti daha da ağırlaşdırıb. İşğalçı ölkəyə tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində iş yerlərini itirən bir çox azərbaycanlı vətənə dönməyə çalışır. Nəzərə alsaq ki, əksər Rusiya aviaşirkətləri Azərbaycana uçuşları dayandırıb, eyni zamanda, AZAL da qonşu ölkə ilə hava əlaqəsini kəsib, o zaman soydaşlarımızın üzləşdiyi problemin miqyasını təsəvvür etmək olar.

Sankt-Peterburq şəhərində ticarətlə məşğul olan Azər Məmmədov deyir ki, artıq 3 dəfə aviabileti geri qaytarılıb: “Moskvadan Dubaya, yaxud İstanbula uçmaqla Azərbaycana qayıtmaq olar, amma biletin qiyməti 2 min dollardır. Mən burada ayı min manata işləməyə gəlmişdim. Hazırda rubl “ölüb”, iş dayanıb, hər şey bahalaşır, bizim kimi miqrantların burada yaşaması, işləməsi artıq mümkün deyil. Ona görə mənim kimi bir çox azərbaycanlılar geri qayıtmağa çalışır. Amma sərhədlər bağlıdır, uçuşlar da çox bahalıdır. Gərək bizim dövlət buradakı yüzminlərlə azərbaycanlının vəziyyətini nəzərə alsın”.

Moskvada ticarətlə məşğul olan İsmayıl Məmmədov isə deyir ki, Azərbaycana miqrant köçü başlayacaq. Onun sözlərinə görə Azərbaycan hökuməti yüz minlərlə insanın geri qayıtmasından narahatdır: “Bilirik ki, ölkədə iqtisadi vəziyyət yaxşı deyil, əhalinin bir qismi Rusiyadan, Ukraynadan göndərilən pulların hesabına yaşayırdı. Burada vəziyyət məlumdur, yaxın zamanlarda düzəlməsi də inandırıcı deyil. Çünki ticarət kəskin azalıb, kənardan mal gəlmir, bahalı meyvə-tərəvəzi alıb yeyən də yoxdur. Tikintilərdə, kafe-restoranlarda günəmuzd çalışanlar, bazarlarda fəhləlik edənlər, xırda ticarətlə məşğul olanlar üçün həyat dayanıb. Gündəlik iş olmasa, yaşamaq mümkün deyil. Ona görə də Azərbaycan hökuməti bir tədbir görməli, vətəndaşlarının asan yolla ölkəyə qayıtmasına şərait yaratmalıdır”.  

Xatırladaq ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputatlardan birinin bu barədə sualını cavablandıran Baş nazir Əli Əsədov isə bildirib ki, karantin qaydaları yumşaldılsa da, pandemiya aradan qalxmayıb: “Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan azərbaycanlıların məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.

Tibb elmləri doktoru, professor Musa Qəniyev Pressklub.az-a şərhində bildirib ki, hazırda ölkəmizdə epidemioloji şərait normaldır. Onun sözlərinə görə, ciddi təhlükə törədəcək ya letal sonluğa səbəb olacaq hər hansı viral infeksiyanın nəinki baş vermə, yəni gözlənilən, hətta ehtimal olunma faizi belə, sıfıra bərabərdir: “Hazırda qripoz vəziyyətlə müşahidə olunan RNT adenovirus təbiətli viral infeksiyalardakı artım, uzunmüddətli sərt karantin tədbirlərinin nəticəsində virus makroorqanizm arasında simbioz birgə yaşayış prinsiplərinin pozulması ilə əlaqədardır. Yəni qanunauyğun haldır, qorxulu deyil, tezliklə aradan qalxacaq. Xatırlatmaq istəyirəm ki, hazırda ölkəmizdə Covid 19-la bağlı durumun tam stabilləşərək, pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşmasının yeganə səbəbi, ölkə rəhbərliyinin qətiyyət göstərərək noyabr, dekabr aylarında təkrarən sərt karantin tədbirlərinə deyil, əksinə yumşaldıcı tədbirlərə getməsi oldu. Bu, reallıqdır. Məhz bu hal, digər ölkələrdən fərqli olaraq, bizi yanvar fevral aylarında Covid 19-un ağırlaşma ölümlərinin cəngindən qurtardı”

Professor əlavə edib ki, ölkə sərhədlərində Covid 19-la bağlı məhdudiyyət qadağaların tam aradan götürülməsi siyasi qərardır. “Odur ki, mən bu qərarın özünə yox, yalnız icra mexanizminin fəsadsız olmasına münasibət bildirə bilərəm. Belə hesab edirəm ki, bu qərarın icra mexanizminin fəsadsız olması üçün, ilkin əsas şərt, digər ölkələrdəki epidemioloji vəziyyətin mütləq mənada ciddi statistik elmi təhlilinin aparılması, hazırki real durumun araşdırılması dəyərləndirilməsidir. Zənnimcə, ölkəyə girişə qoyulan bəzi məhdudlaşdırıcı sərhəd tələblərinin bütünlüklə aradan qaldırılmasına, Covid 19-un ştammlarının rəsmi olaraq təsdiqləndiyi günün (31 may 2021) bir ilinin tamamından, yəni 31 may 2022-dən tez gedilməməlidir. İyun ayının 1-dən başlayaraq, yerüstü, hava, su s. bağlı bütün sərhəd qadağaları qeyri-şərtsiz olaraq aradan götürülə bilər. Ölkədən çıxışa gəlincə, hesab edirəm ki, “qonaq ölkə” giriş üçün xüsusi tələb irəli sürmürsə, bunun üçün PCR testi, immunitet pasportu s. kimi tələblərə elə bu gündən son qoyula bilər”,- M.Qəniyev vurğulayıb.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button