En son xeberler

Müharibə onları da vurdu: Sahibkarlar Rusiyaya mal apara bilmirlər

Məhsullarını Rusiya bazarlarına satmağı planlaşdıran çoxsaylı istixana sahibləri hazırda çətin vəziyyətə düşüb.

Bu barədə Baku TV süjet hazırlayıb.

Bildirilib ki, kifayət qədər məhsul var, külli miqdarda xərc zəhmət çəkilib, lakin məhsullarına alıcı tapılmır. Salyan rayonunun Qarabağlar kəndində onlarla istixana hazırda daxili bazara məhsul çıxarır ki, bu da qoyulan vəsaitin qarşılanmasına belə bəs etmir.

Rusiya bazarlarına ixrac üçün daha keyfiyyətli bahalı sortlardan istifadə edən sahibkarlar satış bazarı olmadığından müflis olacaqlarını bildirirlər. Bu həm də istixanalarda daimi mövsümi çalışan kifayət qədər işçi qüvvəsinin işsiz qalmasına gətirib çıxaracaq. Kənd təsərrüfatı malları keyfiyyətini istifadə müddətini tez itirdiyindən indi sahibkarlar özləri alıcı axtarışındadır.

 

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button