En son xeberler

‘Moskviç 401’, ‘QAZ-24’, ‘Jaguar’… Eldar Mahmudovun əmisi oğlunun maşın kolleksiyası

Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat nəticəsində həbs olunan vəzifəlilərdən biri də ovaxtkı nazir Eldar Mahmudovun əmisi oğlu köməkçisi Vüqar Mahmudov olmuşdu. Polkovnik-leytenant rütbəsini daşıyan 1977-ci il təvəllüdlü Mahmudov həm də MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini idi.
MTN-in bir sıra generalları, polkovnikləri digər zabitləri 2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan dərhal sonra həbs olunsa da, Vüqar Mahmudov iki il sonra – 2017-ci il noyabrın 3-də məsuliyyətə cəlb edilmişdi. O, iki il həbsdə saxlandıqdan sonra – 2019-cu il noyabrın 28-də Bakı Hərbi Məhkəməsindən azadlığa buraxıldı.
Sabiq nazirin qohumu köməkçisi əməliyyat tədbirlərinə, agentlərə s. büdcədən ayrılan vəsaitləri mənimsəmə, bir sıra iş adamları başqa şəxsləri heç bir əsas olmadan MTN-ə gətirdib zorla onların özləri ya yaxınlarının pulunu, əmlaklarını ələ keçirmə kimi əməllərdə suçlanırdı. Bakı Hərbi Məhkəməsi onunla bağlı hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla-əldə olunmuş pul əmlakların leqallaşdırılması kimi ittihamlara xitam verdi. Polkovnik Mahmudov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinsə də, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub hökm oxunan günə qədər həbsdə qaldığı 2 il 25 günlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün elanından dərhal sonra da məhkəmə zalından azad edilib.
Mahmudovun həbsindən sonra onun özünə ailə üzvlərinə məxsus onlarla daşınar daşınmaz əmlakın, banklarda olan pulların üstünə həbs qoyulmuşdu. Məhkəmə onların da müsadirəsinə qərar vermişdi. Əmlakların siyahısına baxanda görünür ki, sabiq MTN polkovnikinin maşın kolleksiyası varmış. O, həm son model bahalı avtomobillərin, həm də qədimi – 50-60 yaşı olan maşınların sahibi olub. Məsələn:
1955-ci il buraxılışlı “Moskviç 401”
1971-ci il buraxılışlı “QAZ-2410”
1987-ci il buraxılışlı “QAZ-2410”
1987-ci il buraxılışlı “QAZ-2410”
1988-ci il buraxılışlı “QAZ-2410”
1991-ci il buraxılışlı “QAZ-2410”
1992-ci il buraxılışlı “QAZ-2410”
1994-cü il buraxılışlı “QAZ-3102”
2013-cü il buraxılışlı “Citroen C4”
2014-cü il buraxılışlı “Mercedes Benz E-350”
2014-cü il buraxılışlı “Toyota Camry”
2015-ci il buraxılışlı “Citroen C4 Picasso”
2015-ci il buraxılışlı “Jaguar XJ”.
Çoxsaylı evlər, torpaq sahələri…
Avtomobillərdən əlavə, çoxsaylı evlər, torpaq sahələri də müsadirə olunub. Onların arasında Buzovna Xocasən qəsəbələrində yerləşən ev, paytaxtın mərkəzində – Bülbül prospektində Həsənbəy Zərdabi küçəsində mənzillər, Səbail rayonunda torpaq sahəsi də olub. Həmçinin müxtəlif banklarda Mahmudovun adına olan dollar hesabında depozitdə saxlanılan 120 min dollara yaxın vəsaitin də dövlət nəfinə keçirilməsinə qərar verilib.
Cinayət işinin materiallarından məlum olur ki, sabiq nazirin köməkçisi əmisi oğlu saxlanılanda təkcə “Montblanc” markalı əl çantasında 2 min dollar 2 min 900 manat pul olub. Həmin vəsaitlər də müsadirə edilib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button