En son xeberler

İstanbulda Rusiya-Ukrayna danışıqları gözlənir

Baş Qərargah Rusiya əsgərlərinin Kiyev ətrafına cəmləşməyə cəhd göstərdiyini bildirir

Bu gün – martın 29-da Rusiya Ukraynanın nümayəndə heyətləri son iki həftədə ilk dəfə İstanbulda üzbəüz danışıqlar aparacaqlar. Prezident Volodimir Zelenski deyib ki, Ukrayna neytrallığını bəyan etməyə ölkənin şərq hissələrində sülhün təminatı üçün kompromisi nəzərdən keçirməyə hazırdır.

İndiyədək tərəflər arasında həm üzbəüz, həm də videoəlaqə vasitəsilə danışıqlarda proqres əldə olunmayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın danışıqlarda prioriteti “suverenlik ərazi bütövlüyüdür”.

Neytrallıq referendumu

Ukrayna “real, yubanmadan sülh istəyir”, – o, martın 27-də videmüraciətində deyib. Zelenski təhlükəsizlik qarantiyalarına Ukraynanın nüvə silahlarından imtinasının da daxil olduğunu söyləyib.

Onun jurnalistlərə dediyinə görə, neytrallıq məsələsi, NATO-ya üzv olmamağa razılaşmaq Rusiya əsgərləri çıxandan sonra Ukraynada referenduma çıxarılmalıdır. O, referendumun əsgərlər çıxandan bir neçə ay sonra keçirilə biləcəyini söyləyib.

Ukraynanın Xarici işlər naziri Dmıtro Kuleba danışıqlardan ən böyük gözləntinin atəşkəs olduğunu deyib.

“Biz əhali, torpaq, yaxud suverenliklə alver etmirik”, – Kuleba vurğulayıb.

Ərdoğanın vasitəçiliyi

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan martın 28-də hökumətin iclasında qeyd edib ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə ayrıca telefon danışıqları “müsbət istiqamətdə” irəliləyib. O, detalları açıqlamayıb.

Ərdoğan martın 29-da danışıqlardan öncə Ukrayna Rusiyanın nümayəndə heyətləri ilə “qısa” görüşü olacağını söyləyib.

Rusiyanın Ukraynaya qarşı səbəbsiz hücumu artıq ikinci aya keçib. Ukrayna ordusunun Baş Qərargahının martın 29-da yaydığı məlumata görə, Rusiya qüvvələri ölkə boyunca yaşayış məskənlərinə raket zərbələri endirir, yanacaq ehtiyatlarını hədəfə alır, məqsədi “logistikanı çətinləşdirmək”, “humanitar böhran şəraiti yaratmaqdır”.

Son günlər Kiyev, Lvov, Rivne, Jıtomir Lutskda yanacaq depolarının vurulduğu deyilir.

Martın 28-də Xarkov regionundakı Lyubotın şəhərinə raket zərbəsi endirildiyi, bir neçə evin dağıldığı, yaralıların olduğu bildirilir.

Kiyev ətrafına cəmlənirlər

Baş Qərargah Rusiya əsgərlərinin Kiyev ətrafına cəmləşməyə cəhd göstərdiyini qeyd edir.

Jurnalistlərə anonimlik şərtilə açıqlama verən ABŞ müdafiə rəsmisinin dediyinə görə, Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyindədirlər, ölkənin digər yerlərində də az irəliləyiş ediblər.

ABŞ Prezident Co Bayden isə Vaşinqtonda deyib ki, Putin “hakimiyyətdə qala bilməz” sözlərinə görə “üzr istəmir”. Bayden bu sözləri martın 26-da Varşavada çıxışının sonunda deyib. Bu sözlər rejim dəyişikliyinə çağırış kimi yozulub.

Baydenin sözlərinə görə, dedikləri yeni siyasətin deyil, “mənəvi qəzəbi”n ifadəsi idi. O, “dünyanı ‘Aman tanrım, bu adam neynir?’ deməyə məcbur edən” davranışa reaksiya verdiyini sözlərinə əlavə edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button