En son xeberler

Arktika və Antarktidada ani temperatur artımı müşahidə edilib

    Arktika Antarktida çox soyuq regionlar hesab olunurlar. Lakin Yer kürəsinin bu iki qütbündə olan müşahidəçilər bu il sözügedən regionlarda ani temperatur artımını müşahidə ediblər. Müşahidəçilərin sözlərinə əsasən bu cür hava hadisələri insanlar üçün heç də müsbət təsir göstərməyəcəklər. Məlumata əsasən Antarktidadakı Konkordiya adlı fransız-italyan stansiyasının yerləşdiyi rayonda ortalama temperatur göstəricisi standart göstəricidən 40 dərəcə Selsi yüksək olub nəticədə sözügedən rayonda ortalama temperatur göstəricisi -12 dərəcə Selsiyə çatıb. Rusiyanın Vostok adlı stansiyasının yerləşdiyi rayonda isə ortalama temperatur göstəricisi standart göstəricidən 15 dərəcə Selsi yüksək olub. Nəticədə Vostok stansiyasının yerləşdiyi rayonda ortalama temperatur göstəricisi -17.7 dərəcə Selsi təşkil edib.

    Alimlər bildiriblər ki, bu göstəricilər çox təəccübləndiricidirlər. Belə ki, bu cür ortalama temperatur göstəriciləri həmçinin Arktikada da müşahidə edilib. “Yer kürəsinin qütbləri hal hazırda fərqli mövsümlərdən keçirlər. Şimal Cənub qütbü eyni zamanda əriməməlidir. Bu, sözün əsl mənasında qeyri-adi hadisədir” – deyə tədqiqatçılar qeyd ediblər. Güman olunur ki, Şimal qütbündə ani temperatur artımı Qrenlandiya sahillərindən gəlmiş isti atmosfer axını, Cənub qütbündə isə Sakit okeandan gəlmiş isti atmosfer axını ilə bağlıdır. Mütəxəssislərin sözlərinə əsasən baş vermiş hadisəni sadəcə olaraq qeyri-adi hava hadisəsi kimi qəbul etmək lazımdır burda daimi iqlim dəyişikliklərinin izləri yoxdur. Lakin bu cür ani temperatur yüksəlişləri təkrar baş versələr, bu, narahatlıq üçün ciddi bir səbəb olacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button