En son xeberler

Xiaomi elektromobilinin prototipinin nə zaman təqdim olunacağı məlum olub

    Xiaomi şirkətinin Pekin-Tyantszin şöbəsinin rəhbəri Luo Baojun şirkətin ilk elektromobilinin prototipinin nə zaman təqdim olunacağını açıqlayıb. Onun sözlərinə əsasən Xiaomi-nin ilk elektromobili istifadəçilərin bütün gözləntilərini geridə qoyacaq. Luo Baojun-un sözlərinə əsasən elektromobilin prototipi bu ilin üçüncü rübündə təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Xiaomi öz elektromobilini keçən ilin sentyabr ayında anons etmişdi. Həmin vaxtda həmçinin Xiaomi Automobile Co. Ltd. adlı şirkətin qeydiyyatı reallaşdırılmışdı.

    Rəsmi məlumatda qeyd edilmişdi ki, yeni şirkətin ilkin büdcəsi 1.57 milyard dollar təşkil edir. Xiaomi elektromobillərinin irimiqyaslı istehsal proseslərinə 2024-cü ilin birinci yarısında start verilməsi gözlənilir. Elektromobillərin istehsalı ilə məşğul olacaq zavodun il ərzində ümumilikdə 300.000 ədəd elektromobilin istehsal edəcəyi güman edilir. Məlumata əsasən şirkət zavodu Pekində iki mərhələdə inşa etməyi planlaşdırır. Təbii ki, şirkət elektromobillərinin Xiaomi ekosisteminə sıx şəkildə inteqrasiya ediləcəklərini gözləmək olar.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button