En son xeberler

Samsung Galaxy S22 Ultra – Galaxy S seriyasının ən universal və premium cihazı®

Bu yaxınlarda Samsung Electronics şirkəti Galaxy S22 Ultra smartfonunu təqdim etmişdir. Sözü gedən bu flaqman Galaxy S məhsul xəttinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir: təkmilləşdirilmiş kameralar, misilsiz ekran, güclü prosessor S Pen stilusu ilə işləmə dəstəyi. Smartfonda diqqətinizi çəkən ilk məqam – onun ölçüsüdür. Burada mükəmməl balans təqdim edən Samsung, sizə məzmundan həzz almaq üçün kifayət qədər böyük əlinizə rahat sığacaq qədər kiçik smartfon təqdim edir.

Lent.az xəbər verir ki, flaqmanın çəkisinin 228 qr, bizim öyrəşdiyimizdən bir qədər çox olmasına baxmayaraq, istifadə zamanı əlləriniz yorulmur. Smartfon təbiətdən ilhamlanmış dörd rəng variantında təqdim olunur: fantom qara, fantom ağ, yaşıl tünd qırmızı.  

Həmçinin cihaz IP68 standartlarına uyğun suyadavamlılıqla təchiz edilimişdir. Galaxy S22 Ultra-nın ön hissəsində axarı yan kənarlı, minimal çərçivə ilə haşiyəyə alınmış böyük 6,8” ekran yerləşdirilmişdir. Displey ətrafı nazik çərçivələr inanılmaz görüntü effekti yaradır, xüsusən bu, 120 Hz adaptiv tezliyə 1750 nit yüksək parlaqlığa malik Dynamic AMOLED 2X ekrandırsa.  Parlaqlıq həqiqətən inanılmazdır, bu səbəbdən də, smartfon, əlbəttə ki, Vision Booster-in köməyi ilə, ən günəşli gündə belə tam aydın görüntü təqdim edir. Qeyd edək ki, bütün korpus Gorilla Victus + şüşəsi ilə qorunaraq 1 mert hündürlükdən düşməyə davam gətirir cızıqlara qarşı olduqca davamlıdır. Samsung, bu növ şüşənin ilk Galaxy S22 xəttində istifadə olunduğunu iddia edir. 

Smartfonun korpusuna bir daha nəzər salaq. Bəhs etdiyimiz nazik çərçivə metaldandır yanları yuvarlaq bir formaya malikdir, lakin bütün flaqmanın mat səthindən fərqli olaraq, sözü gedən bu haşiyə – parıltılıdır. Belə bir dizayn olduqca maraqlı görünür. Burada güc səs düymələri öyrəşdiyimiz kimi korpusun sağ tərəfdədir. Korpusun üst hissində isə dəyişməz olaraq – antena dinamik yerləşdirilib, lakin aşağı tərəfdə bütün vacib funksional elementlər təmsil olunub. Xarici dinamik, USB Type-C konnektoru, mikrofon, iki SİM kart üçün nəzərdə tutulmuş slot S Pen stilusunun yuvası, bunlar hamısı smartfonun aşağı hissəsində yerləşir. S Pen-in xarici görünüşü nəzərə çarpacaq dərəcədə dəyişməmişdir: tək mexaniki düymə adi qələmlə kağız üzərində yazma hissi yaradan yaylı ucluq. Lakin qələmin funksionallığı təkmilləşdirilmişdir, cavab müddəti 2,8 ms-ə qədər azaldılmış, trayektoriya proqnozlaşdırma alqoritmləri isə yenilənmidir. Sonuncu sayəsində əl ilə yazını indi daha yaxşı tanıyan S-Pen-in dəqiqliyi artmışdır.

Kameraların əsas bloku korpusun arxa hissəsinin üstündən təxminən bir millimetr yuxarı çıxan beş ayrı dəyirmi modul şəklində təqdim edilmişdir (dörd kamera lazer məsafəölçəni). Buradakı əsas modul f / 1.8 aperturaya malik 108 meqapiksel, Dual Pixel PDAF avtofokusu, lazer avtofokusu optik sabitləşdirmə ilə təchiz olunmuşdur. İlk telefoto modul 10 MP-dir. f / Dual Pixel PDAF, 3x zoom-lu OIS ilə təmsil olunmuşdur. İkinci telephoto obyektiv isə periskopik, 10 MP, f/4.9, Dual Pixel PDAF, OIS, 10x zoom-a malikdir. Axırıncı kamera isə 12 MP ultra geniş bucaqlı, f/2.2, 120 dərəcəlik baxış bucaqlı Dual Pixel PDAF obyektivi ilə təchiz edilmişdir. Smartfonun kamerası həm də şəkli miqyaslandıraraq istədiyiniz obyekti 100 dəfə yaxınlaşdıra bilir. Flaqmanın ön kamerası 40MP f/2.2, PDAF sensoruna malikdir. Galaxy S22 Ultra həm də studiya keyfiyyətində şəkil çəkmək üçün VDIS süni zəkası üzərindən işləyən portret rejimi ilə təchiz edilib. Əlavə olaraq, smartfon foto videoların keyfiyyətini optimallaşdıraraq, istənilən işıqda möhtəşəm nəticələr təqdim edir.

Smartfonlardakı yenilikdən PRO rejiminin təkmilləşdirilməsini qeyd etmək olar ki, burada sadəcə əsas deyil geniş bucaqlı teleobyektiv kameralarını da istifadə etmək mümkündür. Siz ekspozisiya çəkim parametrlərindən istifadə edərək şəkilləri işıqlandıra ya tündləşdirə, ağ rəng balansını tənzimləyə, fotoşəkili isti ya soyuq çalarlarda təqdim edilməsinə nəzarət edə, həmçinin istədiyiniz obyektə özünüz fokuslana bilərsiniz. Əslində, kamera menyusunda da hər şey sadədir, burada bütün adət etdiyimiz adi “düymələr” təqdim olunub: flaş, aspekt nisbəti, video qətnamə stabilizator, timer, çərçivənin avtomatik təkmilləşdirilməsi əsas kameralar arasında keçid olunması.

Qeyd etmək lazımdır ki, burada  yüksək tutumlu batareya smartfonun enerjisinə cavabdehdir. S22 Ultra həmçinin 45 Vt ultra-sürətli yükləməni dəstəkləyir, bu səbəbdən də 54 dəqiqəlik video yazmaq ya serialın dörd epizodunu izləmək üçün cəmi 10 dəqiqəlik şarj kifayət edir.

Xatırladaq ki, cihazlar artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button