En son xeberler

Zelenskinin Rusiyada qadağan olunmuş müsahibəsi –TAM VİDEO

Roskomnadzor (Rusiyanın rabitə, informasiya texnologiyaları kütləvi kommunikasiyalar sahəsi üzrə Federal Xidməti) Rusiya Kütləvi İnformasiya Vasitələrindən Ukrayna prezidenti Volodimir Zelenskinin müsahibəsini yayımlamamağı tələb edib. 

Prezident Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya jurnalistlərinə müsahibə verib. 2 saat davam edən müsahibəni götürmüş media quruluşları (“Meduza”, “Dojd”, “Kommersant”) prezidentlə söhbəti dünən, həm də montajsız yayımlamağı vəd etmişdilər. 

Lakin Roskomnadzor sözügedən KİV arasında “xarici agent funksiyasını yerinə yetirən”lərin olduğunu səbəb göstərərək, yayıma mane olmağa çalışıb. 

“Roskomnadzor Rusiya KİV-ə həmin müsahibənin yaymlanmasından imtina etmək barədə xəbərdarlıq edir. Müsahibəni götürən KİV haqqında məsuliyyətin müəyyən edilməsi ölçü götürülməsi üçün araşdırma başlanıb” – deyə qurumun açıqlamasında bildirilir.

Müsahibəni tam şəkildə bu linkdən izləyə bilərsiniz:

24 saat

https://www.youtube.com/watch?v=OUHkL-_aYeA

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button