En son xeberler

“Hədəf var, proses başlayıb – Rusiya bu əməliyyata mane ola bilməz”

Fransa ABŞ-dan sonra Rusiya da Azərbaycanı “qınayan” bəyanatla çıxış edib. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı informasiya bülletenində bildirilib ki, Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, sülhməramlıların məsuliyyət zonasına daxil olub. “Fərrux kəndində “Bayraktar” ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”, – bəyanatda qeyd olunur.

Vaşinqton Parisdən verilən açıqlamalarda da Azərbaycan silahlı qüvvələrinin əvvəlki mövqelərə qayıtması barədə çağırış ifadə olunub. ABŞ təmsilçisi isə bir qədər uzağa gedərək, Bakını “məsuliyyətsizlikdə” suçlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə az əvvəl yaydığı açıqlamada Rusiya MN-nin açqılamasının həqiqəti əks etdirmədiyini bu yanaşmadan təəssüfünü bildirib. 

Müdafiə Nazirliyi son günlər təmas xəttində baş verənləri xatırladaraq bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir onun heç bir müddəasını pozmayıb.

“Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır”.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir:

“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”.

 Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Dövlət Departamentə verilən cavab da isə erməni işğalının davam etdiyi 30 ildə Minsk qrupunun üzvü kimi ABŞ-ın heç bir effektiv addım atılmadığı xatırladılır. “Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir”, – açıqlamada vurğulanıb.

Əslində nə baş verib?

Azərbaycan MN-nin yaydığı bəyanatda bildirilir ki, martın 26-sı səhər saatlarında dumanlı hava məhdud görmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd edib. Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. 

Erməni mediasının yaydığı məlumatda isə bildirilib ki, martın 24-dən 26-a qədər baş verən toqquşma zamanı ümumilikdə qanunsuz separatçı silahlı dəstələrinin ümumilikdə 3 hərbçisi öldürülüb, 19 yaraqlı isə hospitala yerləşdirilib.

Bu hadisələrin ilk günündən Rusiya hərbi siyasi rəhbərliyindən dərhal reaksiya gəlib. 12 gündür ictiamiyyətin xəbər tuta bilmədiyi Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib. Martın 25-də isə Rusiya prezidenti Vladimir Putin gərgin iş qrafikində Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığına zaman ayırıb. Söhbət zamanı Paşinyan Putinə deyib ki, “Rusiya hərbçilərinin Azərbaycan əsgərlərindən Fərrux Pirlər kəndləri ərazisindən öz ilkin mövqelərinə çəkilməsini tələb etmələri çox zəruridir”. Paşinyan Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırlımasına çağırıb. Putin Paşinyan Dağlıq Qarabağda yaranmış böhranın çözülməsi üçün səy göstərmək barədə razılığa gəliblər.

Görünür, bu razılaşmanın nəticəsi olaraq Rusiya Müdafiə Nazirliyinin yuxarıda təqdim olunan bəyanatı ortaya çıxıb. İstər bu açıqlama, istərsə də Vaşinqton Parisdən rəsmi Bakıya ünvanlanan çağırışlar Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurub. 

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Rusiya Müdafiə Nazirliyi bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd etməsindən zərrə qədər utanmadan belə bir açıqlama verib: “Bu, həyasızlığın son həddidir. 22 fevralda imzalanan hələ mürəkkəbi qurumamış Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verən yetkililərinin gözünə soxmaq lazımdır. Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir:

Rusiya Federasiyası Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli güc tətbiq etməmək ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Belə olan halda, Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər? 

O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib?

“Rusiya Federasiyası Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacaqsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?” 

Hüquqşünas hesab edir ki, Azərbaycanın XİN dərhal Rusiyanın Müdafiə Nazirliyinin rəsmi qaydada müttəfiqlik bəyannaməsinə zidd davrandığı üçün öz açıqlamasını geri çəkməsini bir daha Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasını tələb etməlidir. 

“Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) dərhal işləməsini, əks halda, Laçın koridorunun da 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diktə edir”, – Ə.Məmmədli vurğulayıb.

Politoloq Fərhad Məmmədov isə xatırladır ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Azərbaycanı üçtərəfli bəyanatın qaydalarını pozmaqda ittiham edir: “Bəs Azərbaycan nəyi pozub? 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatda “Rusiya sülhməramlılarının məsuliyyət zonaları” deyilən bənd yoxdur. Orada yalnız bir qeyd var: Sülhməramlılar tərəfindən müvəqqəti nəzarət edilən Laçın dəhlizi!”

Politoloq hesab edir ki, hazırkı şəraitdə Azərbaycanın Qarabağda yüksək gərginliyi saxlaması sülhməramlıların müvəqqəti qaldığı ərazinin tam demilitarizasiyasına nail olması məqsədəuyğundur:

“Nə hərbi cinayətkar Arayik Arutyunyanın Rusiya prezidentinə məktubları, nə BMT baş katibinin, ABŞ Dövlət Departamentinin Fransanın bəyanatları, nə də Rusiya Müdafiə Nazirliyinin bülleteni Bakının qəti addım atmasına mane olmamalıdır. Heç kim heç nə edə bilməyəcək!”

F.Məmmədovun sözlərinə görə, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların bütün bəlaları orada hakimiyyətdə olan hərbi cinayətkarlardan gəlir: “Onların fikri ilə heç kim hesablaşmayacaq, daha da çox problemlər olacaq. Ermənistan isterik olacaq, amma heç nə edə bilməyəcək. Qarabağ ermənilərinə indidən aydın olmalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyənə qədər onlardan heç nə asılı deyil. Əks halda, onların hamısı vətəndaşı olduqları ölkə olan Ermənistanın ərazisinə gedəcəklər. Ermənistan vətəndaşı olan Hadrut ermənilərinin taleyi onlara nümunə olmalıdır”.

Ekspert vurğulayır ki, qarşı tərəfə lazım olan xəbərdarlıqlar edilib bütün vasitəçilər də Azərbaycanın atacağı addımlardan xəbərdardır:

“Ermənilərin özləri silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasalar, Qarabağda hərbi infrastrukturun, silahlı şəxslərin məhv edilməsi zamanın tələbidir. Qarlar əriyir, dumanlar seyrəlir, beləliklə, düşmənin şəxsi heyətinin hərbi infrastrukturunun yüksək dəqiqlikli silahlarla sistemli şəkildə məhv edilməsi üçün imkanlar açılır. Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu bu işə maneə ola bilməz olmayacaq, çünki əsas hədəf silahlı terrorçulardır. Bu günlərdə ölən 3 hərbçi yaralananlar Ermənistan vətəndaşlarıdır buna görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin şəxsən Paşinyanın üzərinə düşür”.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button