En son xeberler

Rusiya şirkətləri tərəfindən istehsal olunan smartfonlar üçün Android-in lisenziyalaşdırılması dayandırılıb

    Mobile Research Group şirkətinin analitiki Eldar Murtazin öz Telegram kanalında xəbər verib ki, Google Rusiyanın yerli şirkətləri tərəfindən istehsal edilən smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdırmağı dayandırıb. Heç istisna deyil ki, Google bütün Android smartfon brendlərinin Rusiyada satışlarına qadağa da qoysun. Qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə yerli şirkəti Android smartfonların istehsalı ilə məşğul olur. Android platforması özü pulsuzdur açıq mənbə koduna sahibdir. Lakin buna baxmayaraq əgər istehsalçılar platforma daxilində Google servislərindən istifadə etmək istəyirlərsə, onlar sertifikatlaşdırma prosesindən keçməlidirlər.

    23 mart tarixindən başlayaraq isə Google Rusiyanın yerli şirkətləri üçün bu prosesi reallaşdırmağı dayandırıb. Şirkətin bu məsələ ilə bağlı bəyanatı belədir: “ABŞ-ın eksport qanunu Rusiyaya xidmətlərin, eksportun o cümlədən ABŞ mənşəli texnologiyalar ilə proqram təminatının təqdim edilməsini qadağan edir”. Beləliklə Rusiyanın yerli şirkətləri öz Android smartfonlarında Google servislərindən istifadə imkanından məhrum olurlar. Bu proses digər ölkələrdəki smartfon istehsalçılarını əhatə etmir. Lakin heç istinsa deyil ki, Rusiyaya lisenziyalaşdırılmış Android əməliyyat sisteminə sahib istənilən smartfonun eksportu da qadağan edilsin.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button