En son xeberler

Azərbaycan Ukrayna səsverməsində yenə iştirak etmədi

Martın 2-də Rusiyanın təcavüzünə qarşı qətnaməyə səsvermə zamanı da Azərbaycan prosesdə iştirak etməmişdi
BMT Baş Assambleyası martın 24-də Ukraynada dinc əhalinin mülki infrastrukturun müdafiəsinə çağıran bu ölkədə müharibəyə dərhal son qoyulmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.
Bu sənəd hüquqi gücə malik deyil yalnız tövsiyə xarakteri daşıyır.
Bununla belə bu qətnaməyə hansı ölkənin necə səs verməsi həmin ölkənin ümumilikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünə münasibətini nümayiş etdirib.
Qətnamənin leyhinə 193 üzv ölkədən 140-ı səs verib.
38 ölkə bitərəf qalıb. Bitərəf qalanların sırasında İran, Pakistan Hindistanla yanaşı Ermənistan, Qazaxıstan, Qırğızıstan Tacikistan da var.
Bu 4 Mərkəzi Asiya ölkəsi Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqına ODKB blokuna daxildirlər.
Bitərəf qalanların əksəriyyəti Afrika qitəsini təmsil edirlər.
Tükiyə Gürcüstan
Türkiyə Gürcüstan qətnaməni dəstəkləyiblər.
Rusiya ilə yanaşı yalnız dörd ölkə – Suriya, Belarus, Şimali Koreya Eritreya qətnamənin əleyhinə səs verib.
Azərbaycan bu üç qrupdan heç birinin sırasında yoxdur. Bu, hər hansı ölkə ümumiyyyətlə səs verməyəndə baş verir.
Martın 2-də Rusiyanın təcavüzünə qarşı qətnaməyə səsvermə zamanı da Azərbaycan prosesdə iştirak etməmişdi.
Türkmənistan daha bir neçə ölkə qətnaməyə ümumiyyələ münasibət bildirməyib.
Qətnamədə Rusiyadan Ukraynaya qarşı təcavüzkar hərəkətlərini, dinc əhaliyə hücumlarını dyandırmaq tələb olunur.
Sənəddə Rusiyanın Ukraynada “dəhşətli” humanitar böhran yaratması qətiyyətlə pislənir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button