En son xeberler

Putin Ukraynanın işğalıyla ‘böyük səhv’ elədi

Onun sözlərinə görə, kimyəvi silahdan istifadə Rusiya ilə Ukrayna arasındakı münaqişəni “fundamental şəkildə dəyişər”

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı səbəbsiz işğal etməklə “böyük səhv”ə yol verdi. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Martın 24-də NATO-nun fövqəladə sammitindən öncə danışan Stoltenberq qeyd edib ki, alyans liderləri “uzunmüddətli perspektivdə qabaqlayıcı müdafiə sistemlərimizi yenidən qurmaq ehtiyacını” müzakirə edəcəklər.

Hərbi alyans Avropada qüvvələrini iki dəfə artıracağını bildirib. Rumıniya, Macarıstan, Slovakiya Bolqarıstana yeni qüvvələr yerləşdiriləcək.

Prezident Putin müstəqil suveren ölkəyə qarşı müharibəyə başlamaqla böyük səhvə yol verib. O, Ukrayna xalqının gücünü, Ukrayna xalqının cəsarətini, silahlı qüvvələrini yetərincə dəyərləndirməyib”, – Stoltenberq görüşdən öncə jurnalistlərə deyib.

Kimyəvi silaha əl atılarsa…

Onun sözlərinə görə, kimyəvi silahdan istifadə Rusiya ilə Ukrayna arasındakı münaqişəni “fundamental şəkildə dəyişər”, bu, beynəlxalq hüququ “həyasızcasına” pozmaq demək olar, “genişmiqyaslı sərt fəsadlar” törədər.

“Həmişə çirklənmə riskinin olduğunu nəzərə alanda, əlbəttə, kimyəvi silahlardan istifadənin ciddiliyi daha da aydınlaşır… bu halda kimyəvi maddələr NATO ərazisinə də yayılar”, – o vurğulayıb.

Amma Stoltenberq NATO-nun belə bir hücuma necə reaksiya verəcəyini açıqlamayıb.

Putin fevralın 22-də Ukraynanın şərqindəki qondarma Donetsk Luqansk separatçı “respublikalar”ını tanıyıb. İki gün sonra isə Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayıb.

Qərb bu hücuma cavab olaraq Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button