En son xeberler

Ukraynanı real müdafiə edən tək ölkə Türkiyədir

Tanınmış iqtisadçı, 2000-2005-ci illərdə Rusiya prezidenti Putinin məsləhətçisi olmuş, hazırda isə İqtisadi Təhlil İnstitutunun rəhbəri, Vaşinqton Təklükəsizlik Mərkəzinin elmi işçisi Andrey İllarionov Qərb ölkələrini Ukraynaya zəif dəstək verməkdə ittiham edərkən Türkiyəni onlara misal çəkib. Ukrayna-24 kanalına müsahibəsində o deyib:

“Türkiyə bəyanatlar vermir, qətnamələr qəbul etmir. Türkiyə təkcə “Bayraktar”lar verməklə kömək etmir, o ən vacib işi görüb. Boğazları bağlayıb, Bosforu Dardaneli. Aralıq dənizində də, Ege dənizində də boğazlardan keçə bilməyən rus gəmilərinin qruplaşması qalıb. Keçsələr, Ukraynanın sahil şəhərlərinə real təhlükə yaradardılar. Nikolayev Odessa çoxdan qanadlı raketlərlə, yaxud başqa silahlarla bu gəmilərdən atəşə tutulmuşdu. Amma Türkiyə üç həftədir ki, onları buraxmır… Əgər təkcə Türkiyə, Amerika Birləşmiş Ştatları yox, tək Türkiyə, bir NATO ölkəsi Ukraynaya çox ağır zərbə vuracaq real qüvvəni Qara dəniz hövzəsinə buraxmamaqla bu ölkənin müdafiəsi üçün ən böyük iş görə bilibsə, onda baxın: ABŞ, NATO Ukraynanı gerçəkdən müdafiə etmək qərarında olsaydılar, nələr edə bilərdilər…”

İllarionov Rusiyanın nüvə silahı tətbiq edə biləcəyi barədə bəyanatlarla vaxtaşırı dünyanı qorxutması, Qərbin isə bundan “ehtiyatlandığı”nı nümayiş etdirməsini “dörd əllə” oyun adlandırıb:

“Bu, “dörd əllə” oyundur. Biri özünü elə göstərir ki, guya qorxudur, o biri də özünü elə göstərir ki, guya qorxur. bundan Ukraynaya real kömək göstərə bilməməyinə, bunu etmək istəməməyinə əsas qazandırır”.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button