En son xeberler

Taliban qız məktəblərini bir neçə saatlıq açır

Norveç Qaçqın Şurasının başçısı Jan Egeland Talibanı qərarını dəyişməyə çağırıb

Martın 23-də Əfqanıstanda qızlar üçün orta məktəblər bir neçə saatlığa açılandan sonra yenidən bağlanıb. Taliban qruplaşması şəriətə uyğun plan hazırlananadək məktəblərin qapalı qalacağı bildirilib.

Əfqanıstan Təhsil Nazirliyi ötən həftə deyirdi ki, martın 23-də qızlar daxil, şagirdlərin hamısı üçün məktəblər açılacaq. Bir neçə aydı orta məktəb yaşlı qızlar üçün qadağalar qüvvədə idi.

Növbəti sərəncamadək…

Təhsil Nazirliyinin sözçüsü martın 22-də yayılan videoda bütün şagirdləri dərslərin başlaması münasibətilə təbrik edib.

Martın 23-də Təhsil Nazirliyi bildirib ki, qız məktəbləri islam qaydaları əfqan mədəniyyətinə uyğun plan hazırlananadək bağlı qalacaq.

“Qızlar üçün orta siniflərin hamısında altıncı sinifdən yuxarı qız şagirdləri olan məktəblərdə növbəti sərəncama qədər dərs olmayacaq”, – “Bakhtar News” xəbər agentliyinin xəbərdə deyilir.

Talibanın sözçüsü İnamulla Samangani sərəncamın həqiqiliyi təsdiqləyib. “Bəli, bu doğrudur”, – o, “AFP”yə deyib.

Reaksiyalar

UNICEF-in Cənubi Asiya üzrə regional direktoru Corc Laryea-Adcey Twitter mesajında bu qərardan məyusluğunu bildirib, bunu “böyük geriləmə” adlandırıb.

“Bu səhər bir ümidlə oyanmışdım ki, #Əfqanıstanda doğulmuş hər bir qız oğlanın məktəbə getmək şansı olacaq”, – o yazıb.

“7-12-ci sinifdə oxuyan qızların məktəbə qayıda bilməməsindən dərin narahatlıq keçirirəm. Bu xəbər qızlar onların gələcəyi üçün böyük geriləmədir”, – Laryea-Adcey yazıb.

Norveç Qaçqın Şurasının başçısı Jan Egeland isə Talibanı qərarını dəyişməyə çağırıb.

“Yerdən dəlil olmasa…”

Taliban qruplaşması hələ məktəbləri açacağını deyəndə öncə Human Rights Watch (HRW) insan haqları qrupu bu niyyətə şübhəylə yanaşırdı.

“Talibanın martın 22-də Əfqanıstanda qızlar üçün orta məktəblərin hamısını açmaq vədini diqqətlə monitorinq etmək lazımdır”, – HRW martın 22-də bildirib.

“Talibanın bəyanatları onun hərəkətlərindən çox fərqlənir”, – HRW-dan Hezer Barr söyləyib.

“Heç kəs Talibanın qızların orta məktəbdən kənarlaşdırılmasına son qoyduğuna inanmamalıdır, bunun üçün yerdən dəlil lazımdır”, – o, sözlərinə əlavə edib.

Taliban ötən avqustda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Beynəlxalq ictimaiyyət rejimin tanınması ona yardım ayrılmasından ötrü hamı üçün təhsil hüququnu əsas şərt kimi qoyub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button