En son xeberler

Kreml nüvə silahından istifadəni istisna etmir

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Mariupolda müharibə deyil, “terror” apardığını deyirlər

Ukraynanı mühasirədə olan Mariupol şəhərində paytaxt Kiyev ətrafında ağır döyüşlər getdiyi bir vaxtda Kreml nüvə silahlarından istifadəni istisna etməyib.

Müharibəyə qədər 400 min əhalisi olan Mariupol xarabalığa çevrilib, minlərlə dinc sakin öldürülüb, çoxları şəhərdən təhlükəsiz çıxış axtarır. Şəhəri müdafiə edənlərlə Rusiya qüvvələri arasında ağır döyüşlər gedir.

Ukraynanın Müdafiə Nazirliyi isə paytaxt Kiyev yaxınlığındakı Makarovdan Rusiya qüvvələrinin çıxarıldığını bildirir.

Bu xəbərin təsdiqlənməsi Ukrayna əsgərlərinin strateji magistrala nəzarəti ələ alması deməkdir. Üstəlik, Rusiyanın Kiyevi şimal-qərbdən mühasirəyə almaq cəhdləri də önlənmiş olar.

“Təhlükəli” ritorika

Bu arada Kremlin sözçüsü Dmitri Peskov nüvə silahlarından istifadəni istisna etməkdən imtina edib. Yalnız “mövcudiyyətə təhlükə” olacağı halda bu silahlara əl atıla biləcəyini deyib.

“Bizim daxili təhlükəsizlik konsepsiyamız var ictimaiyyətə açıqdır. Nüvə silahlarının istifadə oluna bilmə səbəblərini oradan oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə yaranarsa, konsepsiyamıza uyğun olaraq bu silahdan istifadə edilə bilər”, – Peskov martın 22-də CNN International-ə deyib.

Pentaqonun sözçüsü Con Körbi Moskvanın nüvə silahlarından potensial istifadəylə bağlı ritorikasını “təhlükəli” adlandırıb.

“Məsuliyyətli nüvə ölkəsi belə davrana bilməz”, – o jurnalistlərə deyib. Amma onu da deyib ki, Pentaqon rəsmiləri “strateji qabaqlayıcı mövqeyimizə dəyişikliyə səbəb olacaq heç nə müşahidə etməyib”.

Rusiya fevralın 24-də Ukraynanı işğala başlayandan sonra Prezident Vladimir Putin ölkənin strateji nüvə silahlarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan edib

Danışıqlar

Tərəflər arasında danışıqlarda böyük irəliləyiş baş vermir. Peskov martın 22-də iddia edib ki, proses “bizim istədiyimizdən xeyli yavaş gedir, mahiyyətcə zəifdir”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə martın 23-də videomüraciətində Rusiyayla danışıqların çətin getdiyini, bəzən qarşıdurma yarandığını deyib, “addım-addım irəliləyirik” deyə vurğulayıb.

Martın 22-də Mariupolun mərkəzində partlayış, atışma eşidilib.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Mariupolda müharibə deyil, “terror” apardığını deyirlər.

Rusiya isə mülki hədəfləri vurmadığını iddia edir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button