En son xeberler

Instagram gəlirləri kəsilən rusiyalılar

Digər influenserlər abunəçilərini o biri platformalara yönətlməyə çalışırlar, amma bu, çətin prosesdir

İllərlə Instagram-da izləyici yığasan günlərin bir gün bu sosial platforma da digərləri kimi bağlana. Rusiyada sosial şəbəkədən asılı influenserlər, fotoqraflar, incəsənət adamları, modellər digərləri qeyri-müəyyənliklə üzləşiblər. Hökumət ABŞ-da yerləşən platformaları qadağan edir, Kreml Ukraynaya qarşı müharibənin işıqlandırılmasını sərt nəzarətə alır.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins Vladivostokda fitnes təlimçisindən tutmuş Sibirdə gənc inluenserlərə, Dağıstanda fotoqrafa qədər bir çoxlarının işin nəbzini tutduğunu, yaxud sosial şəbəkəylə məşğul olmaq üçün kimisə işə götürdüyünü yazır. Onlar günün müəyyən saatlarında kontent yerləşdirirdilər. Bəzən digər blogerlərlə də əməkdaşlıq edir, bir-birini reklam edərək abunəçi sayını, qazanclarını artırırdılar.

Bir günə yox olan 9 il

Qazancı Instagram-dan çıxanlar indi qeyri-müəyyənliklə üzləşiblər. Əlbəttə ki, bu, Rusiya Prezidenti Vladimir Putinin qonşu Ukraynada başlatdığı müharibənin dəhşətləri ilə müqayisəyə gəlmir. Müharibədə minlərlə insan öldürülüb, Ukrayna əhalisinin 10 milyona yaxını evindən-eşiyindən didərgin düşüb.

“Doqquz il bir günün içində yox oldu. Sanki mənim həyatım, işim bloklanıb. Nəyə görə cəzalandırıldım?”, – Instagram səhifəsində @sveta_13 həştəqi ilə paylaşımlar edən populyar fotoqraf martın 12-də səhifəsində yazıb.

Nifrət siyasəti

Roskomnadzor martın 14-dən Instagram-ı bloklamağa başlayıb. Buna media platformasının sahibi Meta şirkətinin ukraynalıların işğalçı rusiyalı əsgərlərə nifrət bildirməsinə müvəqqəti icazə verməsi səbəb olub.

Moskvada məhkəmə martın 21-də qadağanı qüvvədə saxlayıb, Instagram-ın nifrət siyasətinə görə “ekstremist” adlandırıb.

Təhlilçilərin fikrincə, Rusiya hökuməti Meta-nın nifrət siyasətinə bu müvəqqəti dəyişiklikdən istifadə edərək ölkədə nəzarətsiz olan populyar Instagram-ı qadağan edir. Bir neçə gün öncə isə Meta-nın digər platforması Facebook, eləcə də Twitter Rusiyada bloklanıb, onların Rusiyanın dövlət media orqanlarına qarşı ayrıseçkilik etdiyi bildirilib.

Bir çox rusiyalı VPN vasitəsilə platformalardan istifadə etsə də, bu zaman xidmət xeyli yavaşıyır.

“Rəqəmsal dəmir pərdə”

Sosial mediaya qadağalar Putinin “rəqəmsal dəmir pərdə” siyasətinin bir hissəsi kimi görülür. Məqsəd dövlətin ölkə daxilində informasiyanın yayılmasına nəzarəti saxlamasıdır.

Hökumət Ukraynaya hücumu “müharibə” adlandırmağı qadağan edib, “xüsusi əməliyyat” termini işlədir.

Müəllif Putinin 2000-ci ildə hakimiyyətin ilk həftələrində mediaya nəzarəti götürməyə başladığını yada salır. O, NTV ORT üzərində Kremlin nəzarətini tətbiq elədi. Bu iki böyük telekanalın sahibləri ölkədən qaçmalı oldular.

2010-cu illərdə daha çox vətəndaş informasiyanı sosial mediadan alırdı. Putin bu sahəyə də hücuma keçdi. 2014-cü ildə Kremlə yaxın maqnat Alişir Usmanov VKontakte sosial media şirkətini aldı. Bu platforma Facebook-un analoqudur. Usmanov ötən il Vkontakte-ni Sogas-a satdı. Bu şirkət qismən Putinin çoxdankı dostu Yuri Kovalçuka məxsusdur.

Senzuranın yeni səviyyəsi

Son illər Putin hökuməti ABŞ-ın Twitter, Facebook Youtube sosial media platformalarını hədəfə alır, bəyənmədiyi kontentin çıxarılmasını tələb edirdi.

Son qadağalar dövlət senzurasını “tamamilə yeni səviyyəyə keçirir”, – Human Right Watch insan haqları təşkilatından Reyçel Denber AzadlıqRadiosu-na deyib.

“Əvvəllər sosial media platformalarından arzuolunmaz kontentin çıxarılmasını tələb edirdilərsə, indi fürsətdən yararlanaraq ölkədə informasiyaya tam nəzarətə alırlar. Onlar interneti repressiya zonasına çevirməyə başlayırlar”, – Denber söyləyib.

Instagram tarixən Facebook Twitter-ə nisbətən daha az siyasi platforma hesab edilib. Burada kontent daha çox dəb, gözəllik, sənət növləri, səyahət, fotoqrafiyadan ibarətdir.

Rusiyada xeyli populyar olan bu şəbəkədə mağaza sahibləri, sahibkarlar, blogerlər bizneslərini, işlərini təbliğ edirlər.

“Böyük itki”

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button