En son xeberler

Çubaysın istefa verərək Rusiyadan getdiyi bildirilir

“Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq təşkilatlarla münasibətlər üzrə xüsusi təmsilçisi Anatoli Çubaysın istefa verərək ölkədən getdiyi bildirilir. Bu haqda “Reuters” “Bloomberg” mənbələrə istinadla xəbər verirlər.

Anonimlik şərtilə danışan mənbə “Reuters”ə ÇUbaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib

Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir.

“Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır.

66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb.

Kremlin sözçüsü Dmitri Peskovdan hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button