En son xeberler

Böyük Britaniya elektron tullantıların emalından qızıl və digər dəyərli metallar əldə edəcək

    Britaniya Kral Zərbxanası (valyuta üçün sikkələr istehsal zərb edən sənaye obyekti) elan edib ki, bu ayın sonuna kimi elektron tullantıların emal olunmaları üçün nəzərdə tutulmuş zavodun inşasına start veriləcək. Həmin zavodda smartfonların, kompüterlərin digər elektron cihazların sxem lövhələri emal ediləcək. Zavod 2023-cü ildə istifadəyə veriləcək o, sxem lövhələrinin emalından dəyərli metalların 99%-ni əldə edə biləcək. Nəticədə həmin metalları təkrar istifadə etmək mümkün olacaq. Sözügedən zavodun inşası üçün ilkin razılaşma hələ 2021-ci ilin oktyabr ayında əldə edilmişdi.

    Əldə edilmiş razılaşma çərçivəsində Kanadanın Excir adlı startapı sxem lövhələrdən faydalı metalları əldə etməyə imkan verəcək yeni texnologiyanı təqdim etməli idi. Verilmiş məlumata əsasən mütəxəssislər tərəfindən yaradılmış yeni texnologiya kimyəvi üsul vasitəsilə otaq temperaturu şəraitində sxem lövhələrdən 99% qızıl, gümüş, palladium mis əldə etmək olar. Məlumatda qeyd edilib ki, emal üçün nəzərdə tutulmuş zavod Cənubi Uelsdə inşa ediləcək. Qeyd etmək lazımdır ki, Britaniya Kral Zərbxanası məhz Cənubi Uelsdə yerləşir.

    Gözləntilərə əsasən sözügedən müəssisə həftə ərzində 90 ton həcmində elektron tullantı emal edə biləcək. Bu isə öz növbəsində il ərzində yüzlərlə kiloqram qızıl istehsal etmək imkanını verəcək. Elektron tullantılardan gümüşün, palladiumun misin əldə edilməsi prosesi növbəti mərhələdə reallaşdırılacaq. Məlumata əsasən 2019-2020-ci illərdə 53.6 milyon ton həcmində elektron tullantı istehsal edilib. Onlardan yalnız 17.4%-i bu ya digər üsul vaditəsilə emal edilib. Onu da nəzərə almaq lazımdır ki, elektron tullantıların tərkiblərində həmçinin zəhərli toksik maddələr də mövcuddur. Buna görə də onların ətraf mühitə düşmələrinin qarşısını almaq lazımdır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button