En son xeberler

Navalnıya hökm oxunur

Müstəntiqlər Navalnının 34 min dollar yaxın ianəni şəxsi məqsədlər üçün mənimsədiyini deyirlər

Rusiyada məhkəmə həbsdə olan müxalifətçi Aleksey Navalnını mənimsəmədə təqsirli bilib. Müxalifətçi 10 ildən artıq həbsə məhkum edilə bilər.

Martın 22-də hakim Marqarita Kotova Moskva kənarında Navalnının saxlandığı təcridxanada hökmü oxumağa başlayıb.

Prokurorlar 13 illik həbs cəzası tələb ediblər.

Sibirdə məruz qaldığı zəhərlənmədən Almaniyada müalicə alan Navalnı ötən ilin yanvarında Moskvaya qayıdan kimi həbs olundu başqa bir ittihamla həbsə göndərildi.

Müxalifətçi son sözündə təqsirsiz olduğunu deyib, prokurorların tələblərinin məhkəmənin korrupsioner təbiətini göstərdiyini vurğulayıb.

34 min dollara yaxın “mənimsəmə”

Navalnıya yeni cinayət işi 2020-ci ilin dekabrında açılıb. 45 yaşlı antikorrupsiya fəalı özünün hazırda qadağan olunmuş Antikorrupsiya Fondundan (FBK) pul mənimsəməkdə məhkəməyə hörmətsizlikdə suçlanır.

Müstəntiqlər Navalnının 34 min dollar yaxın ianəni şəxsi məqsədlər üçün mənimsədiyini deyirlər. Özü tərəfdarları isə ittihamları siyasi motivli adlandırır.

Navalnı Almaniyadan qayıdandan bir neçə həftə sonra daha öncə kəsilmiş şərti cəzanın şərtlərini pozmağa görə 2 il yarım həbsə məhkum edilib. Bu məhkumluq da qondarma, siyasi motivli hesab olunub.

Ona yeni hökmün paralel hesablanacağı, yaxud indiki həbsinin üstünə gələcəyi aydın deyil.

Kreml Navalnının zəhərlənməsində əli olmadığını deyir. Qərb müxaifətçinin həbsini qınayıb Moskvaya sanksiyalar tətbiq edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button