En son xeberler

Muratov Nobel mükafatını satır. Ukraynalı qaçqınlara yardım edəcək

Martın əvvəlindən Muratovun qəzeti senzuraya görə Ukraynada baş verənləri işıqlandırmır

Moskvada çıxan müstəqil “Novaya gazeta”nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxarır. O, Rusiyanın səbəbsiz müharibəsinə görə ölkəsindən qaçmalı olan ukraynalı qaçqınlara kömək üçün pul yığacaq.

Muratov Nobel Sülh Mükafatına 2021-ci ildə, jurnalist kimi həqiqəti aşkarlamaq uğrunda mübarizəsinə görə layiq görülüb. O, martın 22-də qəzetində yazıb ki, bu addımı müharibənin milyonlarla ukraynalını didərgin saldığı məqamdan atır.

Beş təcili addım

Muratov mükafata Filippin hökumətini tənqid edən Rappler xəbər vebsaytının həmtəsisçisi Mariya Ressa ilə birlikdə layiq görülüb.

“Novaya gazeta” baş redaktoru ilə birlikdə Ukraynada beş addımın “təcili” icrasına çağırır – atəşkəs, hərbi əsirlərin dəyişdirilməsi, meyitlərin repatriasiyası, humanitar dəhlizlərin yaradılması qaçqınlara yardım.

Fevralın 24-də müharibə başlayandan onminlərlə Rusiya əsgəri Ukraynaya girib, ölkənin ayrı-ayrı yerləri intensiv raket zərbələrinə məruz qalır, küçə döyüşləri gedir.

“Müharibə” sözünə görə həbs

Martın əvvəlindən Muratovun qəzeti senzuraya görə Ukraynada baş verənləri işıqlandırmır. Çünki hökumətin kursunu dəstəkləməyən jurnalistləri kriminal təqib gözləyir.

Mediaya nəzarət orqanı “Roskomnadzor” Rusiyanın Ukraynada törətdiklərini işğal, yaxud müharibə adlandırmağı qadağan edib, “xüsusi hərbi əməliyyat” ifadəsini işlədir.

Prezident Vladimir Putinin martın 5-də imzaladığı qanunda bu qaydanı pozanlar şəxslər üçün 10 ilədək həbs nəzərdə tutulub. Rusiya ordusu haqda “bilərəkdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs gözlənir.

Muratovun açıqlamasından bir neçə saat öncə Rusiyanın VKontakte sosial media şəbəkəsi müxalifətçi Aleksey Navalnı, Moskva bələdiyyəsinin müxalifətdən olan üzvü İlya Yaşinin, Navalnının komandasının Ukraynadakı müharibə haqda postlarını bloklayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button